Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

AKTYORLAR

   Əli Zeynalov

   Xarici görkəmi, gözəl nitq qabiliyyəti və aktyorluq istedadı... Bu üç xüsusiyyət bir insanda cəmləşirsə, ondan əsl sənətkar olur. Zamanəsinin görkəmli aktyorlarından olan Əli Zeynalovda bu üç xüsusiyyətin hamısı birləşmişdi. Ötən əsrin 75 ili onun qismətinə düşüb və o da bu ömürdən kifayət qədər səmərəli istifadə edib. Teatr səhnəsində yaratdığı Seyran ("Namus"), Elxan ("Od gəlini"), Neznamov ("Günahsız müqəssirlər"), Eyvaz ("1905-ci ildə"), Fərhad ("Fərhad və Şirin"), Aydın ("Aydın"), Oqtay ("Oqtay Eloğlu"), Həsənzadə ("Sən həmişə mənimləsən"), Antoni ("Antoni və Kleopatra") və başqa rolları incəsənət tariximizə qızıl hərflərlə yazılıb.
Ə.Zeynalovun həyat yoldaşı da aktrisa idi. Mirvari Novruzova səhnəmizdə maraqlı, özünəməxsus rollar ifa edib. Hər iki sənətkarın ailə qurmalarının qəribə tarixçəsi var. Bu haqda danışan qızı Sədaqət xanım bildirdi ki, "Eşq və intiqam" tamaşasında Əli müəllim Çingiz rolunu, Mirvari xanım isə Qəmər obrazını oynayıblar. Elə o tamaşadan sonra iki sənətkarın eşq macərası başlayıb. Onlar münasibətlərini 1940-cı ildə rəsmiləşdiriblər. Yeri gəlmişkən, bu, Əli müəllimin ikinci nikahı imiş. Birinci evlilikdən onun bir qızı, bir oğlu olub. Mirvari xanım onları doğma balaları kimi saxlayıb. Daha sonra ailədə yeni körpələr doğulub. Beləliklə, Zeynalovlar ailəsində dörd uşaq tərbiyə almağa başlayıb.
Əli Zeynalov 1913-cü ildə Salyanda anadan olub. Amma uşaqlığı Bakıda - İçərişəhərdə keçib. Onun atası Yusif Zeynalov ilk əlifba kitabının müəllifidir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Əli Zeynalovda öz atasının yolunu davam etdirib. Pedaqoji təhsil alıb. Aktyorluğa marağı böyük olduğundan müxtəlif dərnəklərə üz tutub. 1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı "Şeyda" tamaşasındakı baş rolu ilə çoxlarının rəqbətini qazanıb. Bakı Pedaqoji və Teatr texnikumlarını bitirdikdən sonra o, bir müddət Moskva teatrlarında istehsalat təcrübəsi keçib, geri döndükdən sonra Şəki Dövlət Dram Teatrında işləyib. A.Şirvanzadənin "Namus" əsərində Seyran rolunu oynamaqla peşəkar teatr səhnəsinə gələn aktyor truppasına daxil olub.
Onun yaradıcılığının müəyyən dövrü İrəvan Dram Teatrı ilə bağlıdır. Atam orada görkəmli sənətkar Kazım Ziya ilə tanış olur, həmişə onu idealı, böyük müəllimi hesab edirdi. 1945-ci ildən etibarən isə o, Azərbaycan Dövlət Dram Teatrına dəvət alır və burada yaradıcılığının ən gözəl mərhələsinə qədəm qoyur.
Təqaüdə çıxdıqdan sonra "Azərbaycanfilm"in dublyaj və səsləndirmə studiyasında işlədi. Bir neçə filmlərə çəkildi: "Kölgələr sürünür", "Leyli və Məcnun", "Bir qalanın sirri"...
Əli Zeynalov öz sənətini çox sevirdi. "İki ömrüm olsaydı" adlı kitab da yazmışdı. Sadəcə, o çox ciddi, yüksək potensiala malik bir sənətkar idi. Onun oynadığı rollar hamısı bu gün təhlil olunub və təkrarsız sənət əsəridir. "Sən həmişə mənimləsən" tamaşası gedəndə bütün tamaşaya baxan gənc qızlar o rolu və Əli Zeynalovu sevməyə başladılar.
- Əli Zeynalovun gözəl danışıq qabiliyyəti və səsi var idi. O vaxt dövlət səviyəsində keçirilən bütün tədbirlərdə atam iştirak edirdi. Nodar Şaşıqoğlunun bütün filmlərində Əli Zeynalov onu səsləndirir və bundan həm tamaşaçılar, həm də hər iki aktyor razılıq edirdi.
Əvvəllər incəsənət işçilərinə özgə cür münasibət var idi. O vaxtlar Ələsgər Ələkbərov küçədə gedəndə hamı donub qalırdı. Ya da Leyla Bədirbəyli. Afişalar izlənilirdi, tamaşalar anşlaqla keçirdi. Gecə saat 12-də, birin yarısında tamaşalar bitirdi. Teatr bitdikdən sonra onlar arxa qapıda dururdular ki, aktyorları öz gözləri ilə görsünlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

© AzeriArt.Net Team

Copyright © 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net