Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

TANINMIŞLAR

   Səməd Vurğun

   Azərbaycanın xalq şairi (1956). Azərb.SSR EA akademiki (1945), Azərb.SSR əməkdar incəsənət xadimi (1943). SSRİ Dövlət Mükafatı Laureatı (1941,42) adlarına layiq görülən Səməd Vurğun Azərbaycan Yazıçıları İttifaqının məsul katibi (1934-37), sədri (1941-48), Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərb.SSR EA vitse-prezidenti (1954-56) olmuşdur. 1918 ildə Qazax müəllimlər seminariyasına daxil olmuşdur. Seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə müəllimik etmişdir. Öz ədəbi fəaliyyətinə 1926-cı ildən başlamışdır. İlk dəfə mətbuatda "Mavi göl" şe'ri ilə "Gənc isçi" qəzetində çıxış etmişdir. 1920-30 illərdə Vurğunun səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb etdi. Bu illərdə yazdığı "Şairin andı", "Aprel", "Fonar" kimi şe'rlər dərin ictimai-siyasi mə'na ilə dolu idi. Sonralar yazdığı şe'rlərində, "Şikəstəyə məktub", "Azərbaycan", "Şair, nə tez qocaldın sən...", "Ana", "Bahar", "Şuşa", "Bahar və mən", "Bəstəkar", "Göygöl", "Bakı" və s. Səməd Vurğun yaradıcılığının hər sahəsində gözəl sənət nümunələri yaradır. Səməd Vurğun Azərbaycan şe'rində poema janrının böyük yaradıcısıdır.O, "26-lar", "Bəsti", "Talıstan", "Muğan", "Zəncinin arzuları", "Zamanın bayraqdarı", "Aygün", "Komsomol poeması" kimi poemalarını canlı və zəngin bədii boyalarla işləmişdir. Səməd Vurğunun yaratdığı dramlar bizim milli dramaturgiya və teatrlarımızın qarşısında yeni yüksəliş yollari açdı. O, "Vaqif" (1927), "Fərhad və Şirin" (1941), "Xanlar" (1939), "İnsan" (1945), "Şairin Həyatı", "İki Sevgi" kimi dramlar yazmışdır. 1938-ci ilin oktyabr aylarında Bakıda Azərbaycan Dövlət Dram Teatrında "Vaqif" poeması tamaşaya qoyulmuşdur. "Vaqif" pyesi Azərbaycan teatrının Moskvada qastrol səfərləri zamanı (1948) Moskvada göstərilmişdir. "Sovet Azerbaycanının 15 illiyi münasibəti ilə mən Azərbaycan nümayəndələrinin tərkibində Kreml qəbulunda öz şerlərimi oxuyurdum. Bu mənim həyatımda unudulmaz dəqiqələr idi. (Səməd Vurğun yazırdı.)" Səməd Vurğun "Yevgeni Onegin" Puşkin, "Qız və Ölüm" Qorki, "Pələng gönündə vityaz" Şota Rustaveli ,"Leyli və Məcnun" Nizami əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Səməd Vurğunun yaradıcılığı bütün Azərbaycan xalqı üçün qiymətli və əzizdir.

 Şerləri:

 Azərbaycan

Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan!;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı...

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmta, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!

Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamısan ellər məni.

Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır,
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.

Düşdün uğursuz dillərə,
Nəs aylara, nəs illərə.
Nəsillərdən nəsillərə
Keçən bir şöhrətin vardır;
Oğlun, qızın bəxtiyardır...

Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə;
Qara xallı ağ üzlərə
Könül istər şe'r yaza;
Gəncləşirəm yaza-yaza...

Ölməz könül, ölməz əsər,
Nizamilər, Füzulilər
Əlin qələm, sinəm dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır.

 Şair, nə tez qocaldın sən...!

Nemətsə də gözəl şer,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!

Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lalЕ
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!

Ovçuluğa meyil saldım,
Gecə Ц gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə Ц süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?

Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!

Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələmЕ
Bilirəm ki, deməyəcək
Bir sevgilim , bir də Vətən:
-Şair, nə tez qocaldın sən!

(1953)

 Ala Gözlər

Yenə qılıncını çəkdi üstümə,
Qurbanı olduğum o ala gözlər.
Yenə cəllad olub durdu qəsdimə;
Qələm qaş altında piyalə gözlər!

Başımdan getmişdi sevdanın qəmi,
Xəyalım gəzirdi, bütün aləmi.
Bu dustaq könlümü deyin yenəmi
Çəkdiniz sorğuya, suala gözlər?

Sevda yolçusuyam əzəl yaşımdan,
Könlüm ayrı gəzir, can sirdaşımdan.
Dağıdır huşumu, alır başımdan
Süzülüb gedəndə xəyala gözlər!

Gərdənin minadır, boyun tamaşa,
Ay da həsəd çəkir o qələm qaşa!
Bir cüt ulduz kimi verib baş-başa
Yanıb şölə salır, camala gözlər! 






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

© AzeriArt.Net Team

Copyright © 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net