Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

TANINMIŞLAR

   Əli Qurbanov

   Azərbaycan teatrı orijinal yaradıcılıq istedadı olan sənətkarlarla fəxr etməkdə haqlıdır. Bu istedadlar arasında xalqımızın hörmət və ehtiramını qazanmış qocaman səhnə ustası Əli Mirzə oğlu Qurbanov da özunəməxsus yer tutur. Səhnədə saysız-hesabsız obrazlar canlandırmış bu sənətkarın həyat və yaradıcılığı gənc nəsillər üçün örnək və nümunə olmağa layiqdir.
   Əli Mirzə oğlu Qurbanov 1898-ci ildə Tiflis şəhərində dünyaya gəlmişdir. Onun uşaqlıq və gənclik illəri çox ağır və acınacaqlı keçmişdir. Əlinin atası Mirzə Əli dəmir yolunda fəhləlik edirdi. Fəhlə olmasına baxmayaraq, mutərəqqi fikirli adam idi. Atasının ən böyük arzusu Əlini savadlı bir ziyalı görmək idi. Lakin onların ailəsi üçün o zaman bu istəyi həyata keçirmək çox çətin bir problem idi.
   Əli bir müddət məktəbdə oxuduqdan sonra atası ailəni dolandırmaq üçün oğlunu da özu ilə muxtəlif iş yerlərində fəhləlik etməyə aparırdı. Lakin Əlinin çalıb oxumağını, muğənnilik istedadını və dərslərdə fərqlənməsini görən məktəbin mudiriyyəti ona işləyə-işləyə təhsilini davam etdirməyə icazə vermişdir. Bu işdə ona məktəbin muəllimi dahi N.Nərimanovun qohumu Əli Mirzə Nərimanov kömək etmişdir. Əlinin teatrla yaxınlığı da elə bu illərdən başlanır. Hətta bir neçə dəfə yaxın qohumu və dostu Möhsünlə (M.Sənani) tamaşaya da getmişdi. Həmin tamaşalardan aldığı təəssürat onu sakit buraxmırdı.
   Əli Qurbanov birinci dəfə M.Sənaninin təkidi ilə Həvəskarların "Gaveyi-ahəngar" tamaşasında yalnız bircə kəlmə ("Gedək") sözü ilə cəhnəyə çıxmışdır. Bu ildən (1915) sonra isə M.Sənaninin təşəbbüsü ilə hazırlanmış "Məşədi İbad" tamaşasında Əli Qurbanov Rüstəmbəy rolunu kifayət qədər yaxşı oynayır. Məlahətli səsi onun muvəffəqiyyətini daha da artırır. Bu hadisədən sonra Əliyə maraq daha da artır.
   Tiflis Azərbaycan Dram Teatrının özünə məxsus maraqlı tarixi vardır. İlk dəfə 1880-ci ildə fəaliyyətə başlamış bu teatr uzun muddət tələbə və muəllimlərdən ibarət olub, həvəskar xarakter daşımışdır. Yalnız 1906-cı ildə Tiflisin qabaqcıl teatr həvəskarları rəsmi teatr təşkil etmək üçün şəhər idarəsinə müraciət edirlər və 1910-cu ildə bu arzularını həyata keçirə bilirlər. Daha sonra, yəni 1917-ci ildə Tiflisdə "İttihad" adlanan ikinci bir teatr truppası təşkil olunur. Bu trupraya İbrahim İsfahanlı, Kəsən Səbri, Möhsün Sənani, Xəlilov, Naxçıvanlı, Tağızadə, Əhməd Salahlı və b. daxil idi. Həmin ilin axırında truppaya Əli Qurbanov da dəvət edilir.
   Xalqımızın mutərəqqi fikirli ziyalılarından olan Kirmanşahlı, M. Zamanov və Naxçıvanlı Əlinin təbiətindəki sadəlik, çeviklik, çəldlik, musiqiyə meyl kimi xüsusiyyətləri görərək, onun inkişafına hər cür kömək edirdilər. Gürcüstanda Sovet Hakimiyyəti qurulduqdan (1921) sonra Əli Qurbanov başqaları ilə birlikdə artist-təşviqatçı kimi Borçalı mahalının Sarvan, Şüləver, Qarayazı, Bolus, Sadaxlı, Qaçağan və s. məntəqələrində kəndli kütlələri qarşısında dadlı-duzlu çıxışlar edir. Başqaları kimi, Əli Qurbanov da öz sənətindən ilham alaraq yorulmaq bilmədən çalışırdı. N.Nərimanov adına klubda xalq çalğı alətləri orkestri təşkil edib yerlərdə konsertlər verir. 1922-ci ildə belə konsertlərdən birində olmuş N.Nərimanov orkestrin çıxışını bəyənmiş və onun üzvlərinə şəxsən təşəkkur etmişdir.
   Başqa sovet aktyorları kimi Əli Qurbanov da xarici ölkə qastrolları zamanı (1922-ci ildə Turkiyə, 1925-ci ildə İranda) bir sıra maraqlı çıxışlar etmişdir. Əli Qurbanovun səhnə fəaliyyətinin daha məhsuldar dövrü 1925-ci ildən sonraya təsadüf edir. 1925-ci ilin axırlarında Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamı ilə Tiflis teatrının bir sıra tanınmış aktyorları ilə birlikdə Əli Qurbanov da Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət olunur.
   50 ilə yaxın bir muddətdə Ə.Qurbanov Niyaz rolunun yeganə ifaçısı olduğu "Pəri cadu"nun muxtəlif quruluşlarında bu rolu dəfələrlə oynamışdır. 1930, 1957 və 1959-cu illərdə Moskvada keçirilən milli teatrlara Ümumittifaq baxışlarında paytaxt tamaşaçıları Əli Qurbanovun Yanardağ, Məmmədəlibəy, Əsgərbəy ("Hacı Qara"), Mor Amurim ("Zaqmut"), Lord Mounten ("Gülən adam"), Hacı Əhməd və s. rollarda dəfələrlə görmuşlər. 1957-ci ildə Moskvada keçirilən teatr festifalı zamanı V.Komissarjevskaya və Nazim Hikmət xususilə Hacı Əhməd rolunda Əli Qurbanovun böyük bir ifaçılıq məharəti ilə obrazı aça bildiyini qeyd etdilər. "Pravda", "İzvestiya", "Covetskaya kultura", "Literaturnaya qazeta", "Veçernyaya Moskva" və "Trud" qəzetlərində Əli Qurbanovun təqdirəlayiq bir sənətkar olduğu vurğulanır.
   Əli Qurbanov 50 ildən artıq böyük səhnədə olmuşdur. Bu muddətdə 200-ə yaxın muxtəlif rollarda çıxış etmiş, bəzi rolları bir neçə yüz dəfə oynamışdır. Məsələn, Vidadi rolunu 700, Əzizbəyov və Hacı Əhməd rollarını 350 dəfədən artıq ifa etmişdir. Aktyor 40 ildən artıq C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının filmlərində də çəkilmişdir. İlk dəfə 1928-ci ildə "Hacı Qara" filmində Aşıq roluna çəkilmiş Əli Qurbanov, sonralar "Kəndlilər", "Almas" (Aftil), "Yeni Horizont", "Səbuhi" (Ağalarov), "Bəxtiyar" (Qurban), "Doğma xalqımız üçün" (buruq ustası), "Mahnı belə yaranır" (Kor aşıq), "Qızmar günəş altında" (Əli dayı), "Qara daşlar" (Usta Ramazan), "Ögey ana" (çoban), "Bir qalanın sirri" (Kamran baba) və s. filmlərdə çıxış edərək yaddaqalan, yüksək səviyyəli obrazlar yaratmışdır. Xalqımız və dövlətimiz Əli Qurbanovun xidmətlərini nəzərə alaraq ona 1938-ci ildə Azərbaycan SSR əməkdar artisti, 1940-cı ildə isə Azərbaycan SSR xalq artisti adı vermişdir. O, "Şərəf Nişanı", "Qırmızı Əmək Bayrağı" ordenlərinə və bir neçə medallara layiq görülmüşdür. 1951-ci ildə Lenin ordeni ilə təltif olunmuşdur.

 

 

 

 

 






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

© AzeriArt.Net Team

Copyright © 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net