Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

TANINMIŞLAR

   Murtuz Muxtarov

 H.Z.Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbəycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndəsi Murtuz Muxtarovdur.
Muxtarovun adı daha çox Bakıda neft çıxarılması texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar, çətin ki, tapılaydı. Muxtarov diplomsuz neft mühəndisi kimi şöhrət tapmış, Azərbaycan neft sənayesi tarixinə özünün ixtirası ilə daxil olmuşdur. 1895-ci ildə dünyada ilk dəfə metal ştanqlarla zərbə qazma dəzgahını quraşdırır və bunun üçün dövlət patenti alır. O bu ixtirasını Bakı qazma sistemi adı verir. Həmin dəzgahın əvvəlkilərdən üstünlüyü çox idi. Onun bir sıra digər ixtirası da vardır.
   1890-cı ildə yaratdığı Podrat qazma kontoru Bakının Balaxana, Suraxana, Ramana və Sabunçu neft rayonlarında neft quyularının qazılmasında böyük rol oynamışdır. Bu səhələrdəki quyuların əksəriyyəti onun Podrat qazma kontoru tərəfindən qazılmışdır. Bundan əlavə özünün xüsusi mədənləri də vardı. Elektrik qatarı ilə Bakıdan Buzovnaya gedərkən Sabunçudan sonra birinci dayanacağ onun adı ilə Muxtarovka adlanır. Bu dayanacağın ətrafındakı bütün neft quyuları vaxtilə ona məxsusdu.
   Muxtarov ondoqquzuncu əsrin axırlarında Bibiheybətdə qazma avadanlığı zavodunu işə salır. Bu, Rusiyada ilk neft avadanlığı müəssisəsi idi. Zavodun yaxınlığında fəhlə və qulluqçular üçün üçmərtəbəli yaşayış binaları tikdirir; bununla da həm işçi qüvvəsini ətrafına toplayır, həm də əlavə gəlir əldə edirdi.
Muxtarov zavodun buraxdığı dəzgah və avadanlığı Rusiyaya və xarici ölkələrə satırdı.
Murtuz Muxtarov Bakının Əmircan kəndində anadan olmuş və əmək fəaliyyətinə də bu kənddə başlamışdır. O da Bakının bir sıra milyonçuları kimi adi fəhlədən nəft maqnatı səviyyəsinə yüksəlmişdir. Uzun müddət malakeşlik etdikdən sonra araba ilə neft daşımış, xırda podratçılıqla məşğul olmuşdur. Qara qızıl fantanları nəhayət onun da üzünə gülərək, əlini milyonlara çatdırmışdır.
   Təkcə Bakıda yox, Maykop və Qroznı neft mədən sahiblərilə də müqavilə bağlıyıb quyu qazırdı; zavod və mədənlərlə, konstruktor büroları ilə texniki və işgüzar əlaqələri vardı; tez-tez Şimali Qafqaza gedirdi.
Muxtarov generalın dəvətini qəbul edib Vladiqafqaza, evlərinə qonaq gedir. Nəhayət, generalın ortancıl qızı Liza xanımla evlənib, qohum olurlar.
   Liza xanımla Avropa səyahətinə gedirlər. Venetsiyadakı binaların arxitekturası neftxudanı valeh edir. Və onlara oxşar bir sarayı Bakıda bir il ərzində (1911-1912) tikdirir. Sarayın hər sütünü, tağları, buta və gülləri, pəncərə və qapıları, bəzəklərinin hamısı təkrarolunmaz sənət əsəri, memarlıq incisidir. Neftxuda pul əsirgəmədiyi kimi memar da ilham, ustalar da səy və əməklərini əsirgəməyiblər. Sarayı arxitektor Ploşko fransız kotik üslubunda layihələşdirib.
 M.Muxtarov bizə əzəmətli binalar miras qoyub getmişdir. Bakı şəhərində, onun ətraf kəndlərində, Rusiyanın şəhərlərində və Avropanın bəzi ölkələrində hazıradək hifz olunub qalmış bir çox binalar onun adı ilə bağlıdır. 1910-cu ildə Əmirhacıyan kəndində tikdirdiyi məscid binası indiyədək öz memarlıq quruluşu və əzəməti ilə göz oxşayır. 1913-cü ildə Abşeronun qumsal dəniz sahilində mayaq qülləsi (indi bu mayaq işləmir), Mərdəkanın Pirhəsən adlanan yerində Axund Mirzə Abu Turabın qəbri üstündə günbəz, Vladiqafqaz şəhərində məscid, Kislovodskda, İtaliyanın Florensiya şəhərində mövcüd olan gözəl, yaraşıqlı binalar M. Muxtarovun pulu ilə tikilmişdir.
   Muxtarov Bakının demək olar ki, bütün xeyriyyə cəmiyyətlərində yaxından iştirak edir və maddi köməyini əsirgəmirdi. Təbiətcə çox məğrur olan bu şəxsin həyatı faciə ilə bitmişdir. Bakıda Aprel inqilabının ilk günləri idi. Bu günlərdən birində Muxtarov Vrangel (indiki Əhməd Cavad) və Persidski (indiki Muxtarov) küçələrinin tinindəki mənzilinə iki silahlı hərbçi gəlir. Muxtarov qapını açıb, onları gördükdə atəş açıb, onlardan birisini öldürür, ikinci gülləni də öz alnına çaxır.

 

 

 

 

 

 

 

 

 

 






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

AzeriArt.Net Team

Copyright 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net