Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

TANINMIŞLAR

   Mustafa Mərdanov

   Mustafa Mərdanov 1894-cü ildə Tiflisin Şeytanbazar məhəlləsində dünyaya göz açmışdır. Gənc yaşlarından oxumağa və oynamağa meyl göstərməsi onu 1905-ci ildə Tiflis gimnaziyasına gətirib çıxarır. 1909-cu ildə gimnaziya direktorunun icazəsi olmadan Tiflisdə "Kazyonnı teatr"da (indiki Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrında) Ş.Hunonun "Faust" operası tamaşaya qoyulmuşdu. Bir neçə məktəbli yoldaşı ilə o, həmin operaya baxmağa getmişdi.
   Günlərin birində, Mustafanı teatrda gimnaziyanın inspektoru görür, onu ağlada-ağlada oradan qovdurur. Səhəri günü onu 4 saat "karserdə" (qaranlıq zirzəmidə) saxladılar. Əlbəttə, belə hədə-qorxular Mustafanın teatra və böyük sənətə olan məhəbbətini daha da gücləndirdi. O, aktyor olacağına söz verdi və sözünə əməl etdi.
   Mustafa Mərdanov birinci dəfə 1909-cu il noyabrın 28-də üz-gözünə "qrim", əynində isə teatr paltarı səhnəyə çıxdı. İkinci dəfə tamaşada qrim etmək üçün Tiflisdəki Azərbaycan teatrından Mirzəxan Quliyevi də dəvət etdilər. O, Mustafanı "Xor-xor" tamaşasında Seyfulla rolunda görüb çox bəyəndi.
   Gənc Mustafa həmin ildən (1910) Tiflisdəki Azərbaycan Dram Teatrının artistləri ilə dostlaşdı və onların verdikləri tamaşalarda iştirak etməyə başladı. Bir məsələni də qeyd etmək istərdik ki, XX əsrin əvvəllərində yerli burjuaziya numayəndələri, bəylər, xanlar, ruhanilər Azərbaycan səhnəsinin artistlərinə bir oyunbaz kimi baxırdılar, onları adam yerinə qoymurdular, artistlə qohum olmağı özləri üçün təhqir bilirdilər. Tamaşa verməkdən ötrü bina almaq ən çətin məsələlərdən biri idi. Tiflisdə "Artistiçeskoe obşestvo"nun (indiki Ş.Rustaveli adına Tbilisi Dövlət Teatrı) və "Kazyonnı teatr"ın binaları azərbaycanlı artistlərə böyük çətinliklə icarəyə verilirdi. Artistlər də pərdəni açdırmaqdan ötru çox vaxt üzük və saatlarını girov qoymalı olurdular.
   Burada Hüseyn Ərəblinskinin "sehrkar" üzüyü ilə Mirzə Əli Abbasovun qızıl saatını xatırlamamaq olmaz. Həqiqət naminə onu demək lazımdır ki, Ərəblinskinin üzüyü ilin ancaq iki-uç ayı barmağında olardı. Mirzə Əli Abbasovdan soruşduqda ki: "Əli dayı, saat neçədir?", cavab verərdi: "Get "Kazyonnı teatrı"nın mudirindən soruş, saatımız şəriklidir". Materiallardan aydın olur ki, Mustafa Mərdanov evlərindən dəfələrlə xalça aparıb satmış, teatr kirayəsi üçün beh vermişdir.
   Azərbaycan xalqının qabaqcıl ziyalıları N.Nərimanov, K.B.Zərdabi, N.B.Vəzirov, Üzeyir Hacıbəyov, M.Maqomayev, Bədəlbəy Bədəlbəyli, M.Mahmudbəyov və başqaları isə teatr sənətinin inkişaf etdirilməsində həvəskar artistlərə hər vasitə ilə kömək göstərirdilər. Məhz onların qayğısı sayəsində istedadlı sənətkar Mustafa Mərdanov əsl böyük səhnəyə qədəm qoyub artist oldu. Mustafa Mərdanovun atası onu ali təhsilli ziyalı görmək istəyirdi. Odur ki, Mustafa 1917-ci ildə gimnaziyanı bitirdikdən sonra Rostova gedib Tibb Universitetinə daxil olur. Ancaq bu fakultə Mustafanın urəyincə olmadığı üçün atasından icazə alıb, tibbi təhsillə yanaşı həm də Rostovda dram studiyasında çalışır. Mustafa Rostov şəhərində də bənd ala bilmir və 1918-ci ildə Tiflisə qayıdır, ictimai-siyasi vəziyyət çox pis idi. Buna görə də Mustafa 20 nəfər artist dostu ilə birlikdə Batum şəhərinə üz tutur. Onların aqibəti burada da sevindirici olmur. Şəhər ingilis və türk zabitləri ilə dolu idi. Onlara burada tamaşaları azad göstərməyə mane olanlar çox idi. Odur ki, bir az pul toplayıb Turkiyəyə gedirlər.
   M.Mərdanov və onun artist dostları İstanbul şəhərində düz 11 ay qastrol səfərində olurlar. Bu səfərdə onlar M.S.Kirmanşahlı, Ə.Yüzbaşov, İ.İsfahanlı, M.Sənani, Həsən Səbri, Paşa Məmmədov, Həsən Qasımov, Tərlan xanım, C.Cəfərov, N.Kaftaradze, Asya xanım, Vera Arsen və b. təşkil etdiyi heyətlə aşağıdakı tamaşaları oynamışlar: "Arşın mal alan", "O olmasın, bu olsun", "Nadir şah", "Əsli və Kərəm", "Ağa Məhəmməd şah Qacar", "Pəri cadu", "Bəxtsiz cavan", "Evliykən bikar" (Evliykən cubay") və s.
   Mustafa Mərdanovun Turkiyə qastrollarındakı çıxışları Haqqında "Tamaşa" jurnalı (80 il bundan əvvəl) belə yazmışdır: "Həyatda həlim, səlim və bütün qüdrət və məziyyətini inkar edən bu gənc, eyni bir ustad əlində, xariqələr göstərəcək dərəcədə istiqbal badayeyə vəd rəfah ediyor. Bizdə Qafqazın belli başlı, butun xuduti muəyyən tipləri göstərənlərdən biri də Mustafa bəybir".Mustafa Mərdanov ez uzərində yorulmadan işləyib repertuarını daha da zənginləşdirib genişləndirirdi. Artıq 1930-cu il idi. Bizə xəbər verdilər ki, Moskva şəhərində SSRİ xalqlarının milli dram teatrlarına baxışdır. Bu səfərlə əlaqədar olaraq biz Leninqradda, Kazanda, Moskvada və başqa şəhərlərdə geniş proqramla çıxışlar etdik.
   Mustafa Mərdanov teatr tamaşalarında yüksək pafoslu ifaçılıq qabiliyyətinə görə dəfələrlə dövlət tərəfindən mukafatlandırılmışdı. O, ömrünün axırına kimi teatra bağlı olub, teatr səhnəsindən duşməmişdir. O, kino sənətində də ölməz obrazlar yaratmışdır. Əbədiyyətə qovuşan günədək 6000 dəfə səhnədə çıxış edib, 300-ə yaxın rol oynayıb. Dünyanın 30-dan çox dövlətinin və şəhərinin səhnəsində tamaşalar göstərib.

 

 

 

 

 

 

 






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

© AzeriArt.Net Team

Copyright © 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net