"Mixaylo"
ölməz qəhrəmana verilən bu ləqəb, uzaq Adriatik sahillərində qaniçən
faşistlərə qarşı mübarizə bayrağını yüksəklərə qaldıran xalqların
dilinin əzbəri olmuşdur. Xalqımızın iftixarı olan Mehdi Hüseynzadə,
Vətənimizdən çox uzaqlarda faşist düşərgəsində ağır işgəncələrə
mətanətlə sinə gərmiş, sonra əsir düşərgəsindən qaçıb, Yuqoslaviya,
Triyest, İtaliya partizan dəstələri ilə düşmənə qarşı birgə amansız
mübarizə aparmışdır. "Mixaylo" sözün əsil mə'nasında, faşistlər üçün
vahiməyə çevrilmişdir. Mehdi Hüseynzadə, 1918-ci ildə Bakıda anadan
olmuşdur. 1932-ci ildə o, Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil
olmuş və bu məktəbi bitirmişdir. 1937-ci ildə Mehdi Leninqrada gedib,
Xarici Dillər İnstitutunda təhsil almışdır. 1940-ci ildə yenidən
Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda öz təhsilini
davam etdirmişdir. Böyük Vətən müharibəsi başlayarkən Mehdi Hüseynzadə
tələbə idi. Gənc vətənpərvər, təhsilini dayandırıb, kitab və fırçasını
silahla əvəz etdi. 1942-ci ilin yayında Kalaç şəhəri ətrafındakı qanlı
vuruşmaların birində ağır yaralanan Mehdi faşistlər tərəfindən əsir
alındı. 1943-cü ilin sonlarında Mehdi, bir dəstə azərbaycanlı əsir ilə
faşist əsarətindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına
qoşuldu. Mehdi Qradnik adına 31-ci diviziyanın 9-cu qarışıq
italyan-yüqoslav körpüsü qərargahının xüsusi təxribat-kəşviyyat
dəstəsini yaratmışdı. Mehdi hitlerçi zabit forması və yoxsul kəndli
libasında Adriatik sahilində şəhər və kəndləri sərbəst gəzir,
partizanlara lazım olan kəşviyyat xəbərlərini toplayırdı. Faşistlər
kino-filminə baxarkən "Mixaylo" öz cəsur kəşviyyatçı dəstəsi ilə
birlikdə Opçina kinoteatrının binasını partlatmışdı. Bu əməliyyat
zamanı 80 nəfər faşist məhv olmuş, 110 nəfərdən çoxu ağır yaralanmışdı.
Bundan bir az sonra Mixaylo'nun rəhbərlik etdiyi dəstə Triyestdə alman
hərbi xidmətçilərinin aşxanasını partlatmışdı ki, bunun nəticəsində də
100-dən çox alman zabiti ölmüş və yaralanmışdı. Mixaylo, faşistlərə
xidmət edən "Il Pikolo" qəzeti redaksiyasını və mətbəəsini, Qaritsa
yaxınlığında faşistlərin 200 ton benzinlə dolu anbarını partlatmış,
Qaritsa səhərində faşist bankını talayıb, partizan dəstəsinə bir
milyon manat pul gətirmişdir. Mixaylo'nun qəhrəmanlığı bununla bitmir.
O, onlarca dəmir və şosse yolları körpüsünü, çoxlu faşist avtomasınını
partlatmışdır. Şimali İtaliyanın Udinə səhərində 700 nəfər yerli
partizan və Sovet əsirini əsarətdən qurtarmışıdır. Yeni qərargahin
göstərişinə əsasən Mixaylo alman hərbi texniki paltarında təkbaşına
faşist təyyarə meydanına gəlib bir neçə hərbi təyyarəni mina vasitəsi
ilə dağıtmışdı. 1944-cü il noyabrın 16-da Mehdi Hüseynzadə, partizan
birləşməsi qərargahının tapşırığı ilə faşistlərin böyük hərbi
ləvazimat anbarını partladıb geri qayıdarkən faşist keşikçiləri ilə üz-üzə
gəlmişdi. Qəhrəman döyüşçü, xeyli faşist öldürmüş və düşmənin əlinə
keçməmək üçün son gülləni öz ürəyinə vurmuşdur. "Mixaylo"nun ölüm
xəbəri bütün Adriatik sahilinə yayılmışdı. Çepovani kəndində
qəhrəmanın başdaşı üzərinə aşağıdakı mə'nalı sözlər həkk olunmuşdur: "Rahat
yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə
göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır".
1957-ci il aprelin 11-də SSRİ Ali Sovet Rəyasət Heyətinin Fərmanı
ilə Böyük Vətən müharibəsi illərində faşist işğalçılarına qarşı
mübarizədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadə
ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi.
Yazıçılarımızdan İmran Qasımov və Həsən Seyidbəyli
"Uzaq sahiilərdə" povestində
Mehdi Hüseynzadənin bədii surətini yaratmışlar. Mehdi Hüseynzadəyə
həsr olunmuş, qəhrəmanligindan bəhs edən "Uzaq sahillərdə" bədii film
çəkilmişdir.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...