Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

TANINMIŞLAR

   İsrafil Məmmədov

   İsrafil Məhərrəm oğlu Məmmədov 1919-cu il mayın 30-u günü anadan olmuşdur. 1939-cu ildə İsrafil orduya çağırıldı. Həmin ilin payızında İsrafil Rusiyanın Şimal -Qərbində yerləşən məhşur Novqorodda yerləşən hissənin əsgəri oldu.O hərbi hazırlıqda, müxtəlif texnikaya həvəs və maraq göstərməkdə fərqlənər, təlim dərslərindən əla qiymətlər alar, hərbi tarixə xüsusi fikir verər, texniki fənləri özünün istədiyi kimi öyrənmək, mənimsəmək üçün biliyini mütaliə yolu ilə artırardı. Hissənin həyatına uyğunlaşdıqca daha yaxşı oxuyur, özünün hazırlıqlı olması ilə yoldaşlarını və komandirlərini heyrətləndirərdi.
   1939-cu ildə könüllü olaraq sovet ordusu sıralarına getmişdir. 1941-ci ildə İsrafili kiçik komandirlər hazırlayan alay məktəbinə göndərirlər. İsrafil hərbi dərsləri maraqla dinləyir, əlinə keçən hərbi kitabları xususi bir həvəslə mütaliə edirdi. Altı aylıq kursu uğurla bitirən İsrafil baş serjant rütbəsində Novqorod şəhəri yaxınlıqda dayanan hərbi hissəyə daxil oldu və şəhərin şimal-qərbində dayanmış alaya yollandı. 1941 ilin dekabrında İsrafil Məmmədovun Novqorod vilayətinin Pustınka kəndi yaxınlığında düşmənin həmlələrini dəf etmişdir. Baş serjant İsrafil Məmmədovun vuruşduğu şimal-qərb cəbhəsinin döyuş uğurlarından mətbuatda, kütləvi informassiya vasitələrində ürək açan qələbə xəbərləri verilirdi. İsrafil Məmmədov artıq bir neçə döyüş əməliyyatlarını keçirmişdir, bütün şimal-qərb cəbhəsində tanınmağa başlamışdır.Qış günlərinin birində, qaranlıq qarışan zaman faşistlər yenidən hücuma keçdilər. Doqquz saat davam edən ağır döyüşdən sonra İ.Məmmədovun döyüşçüləri faşistləri 200 metr geriyə qova bildilər. Qəzəblənmiş düşmən israfilçilərin mövqelərini fasiləsiz top atəşinə tutdu. Bu dəfə onların qırılıb məhv olduğunu düşünən düşmən arxayın hüçuma keçdi. Hitlerçilərin fikrini başa düşən İ.Məmmədov atəş açmamağı, faşistləri lap yaxına, 10-15 metr məsafəyə buraxandan sonra atəş açmağı əmr etdi. Hitlerçilər beşinci dəfə idi ki hücuma keçirdilər . İsrafilin döyüşçülərinin yarısı sıradan çıxmışdı, sürsat qurtarmaq üzrə idi. Belə gərin və dramatik vəziyyətdə İ. Məmmədovun cəsarəti hər şeyi həll etdi. İ.Məmmədov 20 nəfər döyüşçü ilə 10 saata yaxın idi ki, iki batalyon faşist əsgər və zabit ilə vuruşurdu, 300 nəfərdən çox faşist öldürmüşdür.
   Bu ölüm-dirim çarpışmasında fövqəladə qəhrəmanlıq göstərən İsrafil Məmmədov şəxsən 70 nəfərdən çox faşist əsgər və zabitini öldürmüşdür. SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 dekabr 1941-ci il tarixli fərmanı ilə İsrafil Məhhərəm oğlu Məmmədov alman faşist işğalçılarına qarşı vuruşlarda göstərdiyi igidlik və qəhrəmanlığa yüksək fəxri ada görə Sovet İttisfaqı Qəhrəmanı adına layiq görüldü. İsrafil Məmmədov ilk Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanıdır. 1941-ci ilin dekabrın 15-də döyüş meydanında Azərbaycan xalqının mərd oğluna Lenin ordeni və "Qızıl Ulduz" medalı verildi. İsrafil Məmmədov adı Uzaq Şərqdə, Sibirdə, Qafqazda, Şimal donanmasında əziz tutulan bir qəhrəman idi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

© AzeriArt.Net Team

Copyright © 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net