Azərbaycan
yazıçısı. Azərb.SSR əməkdar incəsənət xadimi (1932). 1915 ildən lirik
və satirik şe'rlər, hekayə və dram əsərləri yazmağa başlamışdır. "Vəfalı
Səriyyə, yaxud göz yaşı içində gülüş" (1915), "Solğun çiçəklər"
(1917), "Oqtay Eloğlu" (1922), "Od gəlini" (1928) pyesləri ilk
Azərbaycan qəhrəmanlıq dramlarındandır. C.Cabbarlı öz əsərlərində
qadın surətləri qalereyasını yaratmışdır. "Gülzar" (1924), "Dilarə"
(1924), "Dilbər"(1927), "Sevil" (1928, tamaşası) pyeslərində C.Cabbarlı
qadın azadlığını ön plana çəkmişdir. Sonralar "Almaz" (1931, tamaşası),
"Yaşar" (1932, tamaşası), "Dönüş" (1932) pyeslərini yazmışdır. C.Cabbarlının,
ümumiyyətlə, Azərbaycan teatr sənətinin inkişafında böyük xidməti
olmuşdur
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...