Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

TANINMIŞLAR

   Ziya Bünyadov

 Ziya Bünyadov 1933-cu illərdə Bakı Ümumqoşun məktəbində oxuyub.Təhsilini bitirərək zabit kimi müharibəyə yollanıb. Böyük Vətən müharibəsi cəbhələrində vzvod, rota və batalyon komandiri kimi şərəfli döyüş yolu keçib. Leytenant Ziya Bünyadov 1942-ci ildə Mozdok yaxınlığında ilk döyüş sınağından çıxmışdır. 1945-ci il yanvarın 14-də Ziya Bünyadov əsgərləriylə Polşanın Visla rayonunda Pilitsa çayı üzərində strateji əhəmiyyetli körpünü tutub. Həmin döyüşdə rota 100 nəfər hitlerçini məhv edib, 45 nəfər əsir götürüb və düşmənin döyüş texnikasını ələ keçirib. Bu qəhrəmanlığına görə, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 27 fevral tarixli fərmanı ilə bölmənin komandiri Ziya Musa oğlu Bünyadova ən yüksək fəxri ad - Sovet İttifaqı Qəhrəmanı adı verildi.
   Ziya Bünyadov, Vətən müharibəsi cəbhələrində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə Qırmızı Bayraq, Qırmızı Ulduz, Aleksandr Nevski, II dərəcəli Vətən Müharibəsi Ordenləri, "Qafqazın Müdafiəsinə görə", "Varşavanın azad edilməsinə görə", "Berlinin alınmasına görə" və "Almaniya üzərində qələbəyə görə" medallari ilə təltif edilmişdir. Müharibə qələbə ilə bitəndən sonra 1946-cı ilədək Ziya Bünyadov Berlinin Pankov rayonunda hərbi komendant yardımçısı kimi çalışıb.
   Ölkənin quruculuq həyatında da fərqlənən qəhrəman Ziya Bünyadov Almaniyanın ən yüksək mükafatlarından biri -"Vaffenbrudersaft" qızıl medalı ilə təltif edilib. Almaniyanın Gənclər İttifaqı isə Ziya Bünyadovu "Artur Bekker" qızıl medalına layiq görüb. Sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil oldu və sonra aspiranturanı bitərərək 1954-cü ildə dissertasiya müdafiə etdi.
   Daha sonra akademik Ziya Bünyadov Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü oldu. Həyatının son illəri Tacəddin Es-Salmaninin "Tarixnamə", V.V.Bartoldun "Xəzəryanı vilayətlərin müsəlman aləminde yeri" əsərlərini tərcüme etmişdi. "Dinlər, təriqətlər, məzhəblər" adlı qiymətli elmi və "Polis məmuru Dümbül bəyin macərası" (bənzətmə), "Naxçıvan sancağının müfəssəl dəftəri", "Tarixnamə" bədii əsərlərini yazmışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

© AzeriArt.Net Team

Copyright © 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net