Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

TANINMIŞLAR

   M.C.Bağırov

 M.C.Bağırov fenomeni, hər şeydən əvvəl, ona görə səbrlə öyrənilməlidir ki, azərbaycan fenomenidir, milli həyatımızın məhsuludur, 30 il bu xalqa rəhbərlik edib və onu ancaq xalq düşməni kimi tanımaq, əslində tanımamağa bərabərdir. M.C.Bağırov 1896-cı ildə Quba şəhərində anadan olmuşdur. Məktəbi qurtardıqdan sonra Petrovski (indiki Mahaçqala) şəhərində pedaqoji kursda təhsilini davam etdirmişdir. 1915-ci ildən sonra Xudat stansiyasındakı kənd məktəbində müəllim işləyir və elə o vaxtdan etibarən inqilabi işə qoşulur. Sonralar Qubaya gəlib ibtidai məktəbdə müdirlik edir. 1917-ci ilə qədərki müddət M.C.Bağırovun fəaliyyətinin ən mürəkkəb dövrüdür. Fevral burjua-demokratik inqilabına qədər, istərsə də sonra hansı partiyalara üzv olduğu barədə məlumat yoxdur. 1918-ci ildə M.C.Bağırov artıq Bakıda fəaliyyət göstərirdi. M.C.Bağırov Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər Qızıl Orduda müxtəlif rəhbər vəzifələrində işləyir, vətəndaş müharibəsi cəbhələrində vuruşur. Və onun ideya-mənəvi xarakterinin formalaşmasında fəaliyyətinin həmin dövrü əsas rol oynayır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra M.C.Bağırov Qarabağa vilayət İnqilab Komitəsinin sədr müavini və hərbi İnqilab Şurasının müvəkkili göndərilir.
   1920-ci ilin payızında M.C.Bağırov Bakıya qayıdır və Azan diviziyasının hərbi komissarı təyin olunur. Sonralar bir sıra yüksək hərbi-siyasi vəzifələrə irəli çəkilir - ən böyük xidməti isə ondan ibarət olur ki, Azərbaycana milli qoşun hissələri yaratmaq kimi mühüm iş üzərində çalışır. Nəhayət, 1921-ci ilin fevralında o, ÇEKA-nın sədri təyin olunur və on ilə yaxın orada çalışır. 1929-cü ildə İranla sərhəddə başvermiş münaqişə zamanı M.C.Bağırov iranlıları təqib edir, bir nüçə kəndə od vurdurur və bu da beynəlxalq münaqişəyə səbəb olur. M.C.Bağırovu vəzifədən kənar edir və partiyadan çıxardırlar. M.C.Bağırov Moskvaya gedib birbaşa Stalinlə görüşür. Stalin onu partiyaya bərpa edib onu Zaqafqaziyaya Su təsərrüfatı İdarəsinin rəisi təyin edir. M.C.Bağırov 1932-ci ildə ÜİK (b) P MK-yanında marksizim-leninizm kursunu bitirdikdən sonra əvvəlcə bir müddət ÜİK (b) P MK-nın məsul təlimatçısı işləmiş, həmin ilin axırlarında isə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri təyin olunmuşdur. 1933-cü ildə M.C.Bağırov ən yüksək posta yiyələnir Azərbaycan K (b) P MK və BK-nın birinci katibi seçilir. Onun ideya-mənəvi siması bu vaxta qədər formalaşmışdı: İnandığı həqiqəti nəyin gücünə olursa-olsun müdafiə etmək, yaşadıb inkişaf etdirmək!... M.C.Bağırov Lenin ordeni, 2 Qırmızı Bayraq ordeni, 2 Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli Vətən müharibəsi ordeni ilə təltif olunmuşdur. 1922-ci ildə Cəfər Cabbarlı şəxsən kameraya gedib onu azad edir, eynilə əziz Şərifi də.
   M.C.Bağırov o ictimai-siyasi iqlimin məhsulu idi. Onun yerində başqası olsaydı, fəlakətimiz daha dəhşətli ola da bilərdi. M.C.Bağırov adı bizim günlərdə təəssüf ki, ancaq mənfi emosiya doğurur bu isə nəinki kütləvi təfəkkürü, hətta professional idrakın özünün də M.C.Bağırov fenomenini obyektiv öyrənməsinə mane olur. Əgər 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində M.C.Bağırovun özü azacıq imkan yaratsaydı, poeziyamızın da, nəsrimizin də, yəqin ki, əsas ilham mənbəyi olacaqdır... Mir Cəfər Bağırov heç zaman yerlipərəstlik, qohumbazlıq kimi xırdaçılığa, cılızlığa enməmişdir. O ki qaldı cəlladlığı, bu, sistemin hökmü, dövrün tələbi idi. İndi günahsız sayılan 37-ci il qurbanlarından hansı biri M.C.Bağırovun yerində olsaydı, başqaları ilə o təhər rəftar edərdi...
   1956-cı ildə mühakimə zamanı M.C.Bağırov özü barədə ölüm qərarını özü çıxardı, 17 dəqiqəlik son sözündə dedi ki, məni çarmıxa çəkib balta ilə doğramaq lazımdır... Əfv olunmaq üçün ərizə də vermədi. Amma obyektiv baxımdan qeyd etmək lazımdır ki, onun hakimiyyəti dövründə azərbaycanlı müasir ziyalı ordusu yarandı. 1942 və 1948-ci illərdə iki dəfə azərbaycanlı dörd-beş milyonluq əhalinin Orta Asiyaya sürgün olunmaqdan qurtardı. Müharibə vaxtı cəbhələrdə əsgərlərimizi qırılmaqdan xilas etdi... Bakı metrosu yalnız onun təkidilə və nüfuzuna görə layihələşdirildi. Qeyd edək ki, 1958-60-cı illərdə N.S.Xruşşov Bakı metrosunda işi dayandırmaq istəyirdi. O zaman da buna Nazirlər Sovetinin sədri Sadıq Rəhimov mane olmuşdu. Tarix nə qara parçaya ağ, nə də ağ parçaya qara yamağı qəbul etmir. M.C.Bağırov bütün günahlarıyla bərabər öz məfkurəsinin qatı fanatiki idi. Mühakimə göstərdi, hakimiyyətdə olduğu vaxtlardakı kimi qürurla baş prokuror Rudenko ilə kəllə-kəlləyə gəlirdi. Sınırdı, amma əyilmirdi. Markaryan, Qriqoryan, Borşov miskinliklə dörd əl-ayaq sürünə-sürünə göz yaşı töküb yalvardıqda o, vüqarını itirmirdi, əlini stola bərkdən vura-vura səsini ucaldırdı. Bir həqiqət var ki, M.C.Bağırovun yerində kim otursaydı, ondan on qat artıq olardı söz karyerası üçün...
   Böyük oğlunu orduya göndərdi. Müharibədə onu üçü alman hərbi təyyarəsi onun təyyarəsini qoparmağa götürürlər. Vəziyyətin çıxılmaz olduğunu görəndə təyyarəsini düşmən təyyarələrindən birinə çırpıb məhv edir, özü də məhv olur. M.C.Bağırov latın əlifbasını kiril əlifbasına keçirdi... Mir Cəfər Bağırov əslində bu məsələyə razı deyildi, amma vadar idi. Stalinin göstərişi idi. M.C.Bağırovun faciəsi milli təfəkkürün, milli planla əlaqədar iclasında Azneftin baş mühəndisi Qurgen Avantanyan azərbaycanlılardan, ruslardan kimin adı çəkilirsə, onları mənfi xarakteristika verib, erməniləri isə tərifləyirmiş. M.C.Bağırov bundan hirslənərək iclasdan sonra onunla danışacağını söyləyir. Qurgen iclasdan çıxan kimi birbaşa aerodroma, oradan da Moskvaya qaçmışdı və bir də Bakıya gəlməmişdir. Bir dəfə azərbaycanda qışın sərt keçdiyi vaxtlarda, respublikada yun üzrə planı yerinə yetirmək mümkün olmadı və o zaman M.C.Bağırovun göstərişi ilə yunçuluqla məşğul olan rayonları kənd-kənd gəzib, camaatın yorğanı, döşəyini çarpayısından dartıb çıxarıb yununu müsadirə etdilər və respublikanın yun planı da eləcə doldu.
   M.C.Bağırovun ürəyində heç bir nazikliyə, incəliyə, kövrəkliyə yer yox idi. M.C.Bağırov respublika maarif naziri Məmməd Cuvarlinski kinofoto sənayesi idarəsinin rəisi Qulam Sultanovu şəxsən özü güllələmişdi. 37-38-ci illərdə Mir Cəfər Bağırovun şəxsi rəhbərliyi və fəaliyyəti nəticəsində xalq düşməni kimi (10 minlərlə insan) ifşa olunub güllələndi. Bütün Azərbaycan 37-38-ci illərdən sonrakı Mir Cəfər Bağırovun əlində idi. Əlbəttə, Mir Cəfər Bağırovun özü də 37-38-ci illərdən sonrakı bütün yüksək vəzifəli partiya və dövlət xadimlər kimi yoldaş Stalinin ovcunda idi, amma yoldaş Stalinin özünün də Mir Cəfər Bağırova ehtiyacı var idi; bütün Azərbaycan Mir Cəfər Bağırovdan qorxurdu. Mir Cəfər Bağırov Azərbaycanın hökmdarı idi, amma əli-uzun idi, lazım olanda gedib Moskvaya da çatardı. 37-38-ci illərdə xalq düşməni kimi ifşa olunub güllələnmişlərin sırasında Ruhulla Axundov, Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid, Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Dadaş Bünyadzadə, Sultan Məcid Əfəndiyev, Ayna Sultanova, Hüseyn Rəhmanov, Həmid Sultanov, Məmməd Cuvarlı, Aleksandr Serebrovski, Vladimir Polonskoqo, Həmid Sultanov, Mixail Nikitin, İsa Dövlətov, Hüseyn Rəhmanov, Mixail Barinov və b. var idi.






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

AzeriArt.Net Team

Copyright 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net