Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan 

tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr 

festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

SİLSİLƏ YAZILAR

 

   Böyük Vətən Müharibəsi (1941-45) illərində Azərbaycanın şəhər və rayonlarındakı Dövlət Teatrlarının yaradıcılıq həyatının əsasını döyüşçülər, cəbhə bölgələrindəki əsgərlər qarşısında çıxışlar təşkil edirdi.
   Müharibənin ilk günlərindən Azərbaycan Dövlət Akademik Dram Teatrının kollektivi Azərbaycan Dövlət Opera və Balet Teatrının, Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Rus Dram Teatrının artistlərindən ibarət müştərək briqadaların tərkibinə daxil oldu. Onlar çağırış məntəqələrində, hərbi hissələrdə, cəbhə yollarında döyüşçülərə xidmət göstərirdilər. 1 avqust 1941-ci il tarixli "Ədəbiyyat qəzeti" cəbhə briqadalarından bəhs edərək yazmışdı: "Cəbhələrə xidmət kimi əhəmiyyətli bir işdə xalq artistləri Mərziyə Davudova, Ələsgər Ələkbərov, Qurban Primov, əməkdar artistlər B.Şəkinskaya, P.Əfqanlı, O.Kabiçeva və b. fəal iştirak edirdilər".
   Bir müddət sonra Ə.Ələkbərov, S.Ruhulla, M.Davudova, M.A.Əliyev, M.Mərdanov, İ.Dağıstanlı, F.Qədri, B.Şəkinskaya, N.Royen və b. aktyorların daxil olduqları bədii cəbhə briqadaları yaradıldı.
   Respublika teatrları müharibənin ilk günlərindən öz işlərini faşizm üzərində qələbəyə həsr etmişdirlər. Müharibəni ilk aylarında Azərbaycan teatrlarının aktyorlarına müharibəyə getməmək imkanı verən bron ayrılmırdı. Odur ki, aktyorlardan bir çoxu ön cəbhədə vuruşurdu. Onlardan Həsənağa Salayev, Atamoğlan Rzayev, Kamil Qubuşov (Azərbaycan Dövlət Dram Teatrı), Hüseynağa Sadıxov, Süleyman Ələsgərov, Yusif Vəliyev, Georgi Sıqankov (Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı), Əyyub Haqverdiyev, Məmməd Quliyev (Naxçıvan Musiqili Dram Teatrı), Ələddin Abbasov (Gəncə Dövlət Dram Teatrı) və b. yaradıb yenidən teatra qayıtmışdılar. Musa Hacızadə, Ağabala Dadaşov, Fərəc Süheyli, Tələt Nəcəfov, Məmmədrza Əsgəroğlu (Barsoçluy, Xanlar Babanlı, Hüseynbala Zeynalov, Hidayət Qasımov və b. Respublikamızın müxtəlif teatrlarında fəaliyyət göstərən istedadlı gənc aktyorlar döyüş meydanlarında həlak oldular.
   Bu illər Azərbaycan teatrının tarixinə humanizm, qəhrəmanlıq və vətənpərvərlik əhval-ruhiyəsi ilə zəngin və gərgin dövr kimi daxil olmuşdur. Müharibə milli teatr sənətimizdə köklü dəyişikliklər etməklə yanaşı, onun inkişafına müəyyən təkan verdi. Əlbəttə, müəyyən nöqsanlar da vardı. Teatrın maddi imkanları azalmış, respublikada çətinlik yaranmışdı. Bu da, dramaturgiyanın, tez-tələsik hazırlanan tamaşaların keyfiyyətinə təsirsiz qalmamışdı. Bununla yanaşı müharibə teatr sənətini yeni mövzularla, obrazlarla zənginləşdirdi.
   Hələ müharibədən xeyli əvvəl Azərbaycan Dövlət Akademik Teatrının repertuarında qəhrəmanlıq və vətənpərvərlik mövzulu əsərlər möhkəm yer tutmuşdu: "Vaqif", "Xanlar", "Qaçaq Nəbi" və s. Müharibə dövründə aktual məsələlərin həllinə çalışan teatr öz işində xalqın qəhrəmanlıq ruhunu, vətənpərvərliyini önə çəkmişdi. Müharibə başladıqdan bir neçə ay sonra teatr faşist işğalçılarına qarşı mübarizədən bəhs edən pyeslər daxil olduğu repertuarda vətənin azadlığı uğrunda mübarizə mövzulu əsərlər üstünlük təşkil etməyə başladı.
   1941-42-ci il mövsümünə teatr K.Simonovun dövrün ən vacib, ən ümdə məsələlərinə cavab verən "Bizim şəhərli oğlan" (əsər M.Hüseynin tərcüməsində "Vətən oğlu" adı ilə oynanıldı) pyesinin tamaşası ilə başladı. Bu, faşist işğalçılarına qarşı xalqın ümumi həyəcanını, nifrətini açıq-aydın göstərən ilk tamaşa idi. Tamaşanın quruluşçu rejissoru Səftər Turabov aktual hadisələri, dövrün ruhunu tamaşaçıya çatdıra bilmişdi. Tamaşada aktyorlardan Ə.Sultanov (Sergey Lukonin), B.Şəkinskaya (Varya), İ.Osmanlı (Arkadi Burmin), S.Hacıyeva (Jenya) və b. yaddaqalan təsirli obrazlar yaratmışdılar.
Mürəkkəb və məsuliyyətli dövrünü yaşayan teatrın qarşısında repertuarı sahmana salmaq, vətənpərvərlik ruhlu əsərləri səhnəyə qoymaq kimii vacib məsələlər dururdu. Teatr 1941-ci il noyabrın 6-da S.Vurğunun "Fərhad və Şirin" əsərini tamaşaçılara göstərdi.
   Müharibə ərəfəsində ölkə ictimaiyyəti böyük Nizami Gəncəvinin 800 illik yubileyini təntənə ilə keçirməyə hazırdı. Yubileyə hazırlıq dövründə yaradıcı kollektivlər, alimlər, şair və yazıçılar Nizami irsini diqqətlə araşdıraraq yeni əsərlər yaratmağa səy edirdilər. S.Vurğun məhz bu dövrdə Nizaminin "Xosrov və Şirin" poemasındakı zəngin ədəbi materialdan məharətlə faydalanaraq kəskin dramatik konfliktlərə, güclü ehtiraslara, gərgin çarpışmalara malik "Fərhad və Şirin" kimi mənzum dramını yazmışdı. Qəhrəmanlıq pafosu, vətənpərvərlik istiqaməti ilə seçilən bu əsər sonradan Dövlət mükafatına layiq görüldü. "Fərhad və Şirin" dramının əsasında Vətəni yadelli işğalçılardan müdafiə etmək, həmçinin, məhəbbət və sədaqət kimi çox əhəmiyyətli bir ideya dururdu.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

© AzeriArt.Net Team

Copyright © 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net