Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan 

tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr 

festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

SİLSİLƏ YAZILAR

 

 

   Geyib əsgər paltarını... döyüşürdü Bakımız...
Azərbaycan paytaxtı müharibənin bütün cəbhələrində öndə idi.
   600 mindən çox azərbaycanlının iştirak etdiyi, 300 mindən çox həmyerlimizin həlak olduğu bu müharibəni unutmaq mümkündürmü? İndi Azərbaycanda elə bir ailə tapmazsan ki, o müharibə ilə əlaqədar olmasın, itkisi olmasın, məgər bunu unutmaq olarmı? Kim unudursa, böyük səhv edir.
İllər, on illər, yüz illər keçəcək, amma bu müharibə unudulmayacaqdır. Çünki bu müharibə bütün dünyaya böyük dəhşətlər gətirib.
   Azərbaycan paytaxtı müharibənin bütün cəbhələrində öndə idi. Bakı nefti havada, suda, quruda - istənilən hücumda düşmənin başına od yağdırırdı. Ancaq Azərbaycan ziyalıları da qələbə naminə neftçilərdən az iş görməmişdilər.
Əlbəttə, bütün işğalçı müharibələrdə olduğu kimi, faşist Almaniyasının başladığı İkinci Dünya müharibəsində də xüsusi məqsəd, proqram və perspektiv planlar mövcud idi. Hitlerin əvvəlcə Avropanı, sonra isə bütövlükdə dünyanı dəyişmək planları hamıya məlumdur. O da məlumdur ki, bu qaniçən diktatorun qəsbkarlıq planında Azərbaycan, neft Bakısı xüsusi yer tuturdu. (Azərbaycan tarixi, 7-ci cild, Bakı, 2003-cü il). Çünki, Adolf Hitler Bakını faşizm imperiyasını neftlə təmin edən hərbiləşdirilmiş mərkəzə çevirmək istəyirdi.
   Hələ 1941-ci il martın 27-də (diqqət yetirin, SSRİ-yə müharibə elan edilməsindən üç ay əvvəl) Almaniyanın Kontinental neft cəmiyyəti"nə Bakıda neftin çıxarılması, emalı və daşınması ilə məşğul olacağı barədə göstəriş verilmişdi. Artıq Azərbaycandakı iri sənaye müəssisələrinə ali irqdən olan rəhbərlər də təyin edilmişdi. Onlar ucuz işçi qüvvəsi hesabına hasil ediləcək və maya dəyəri aşağı olacaq neftdən gələn yüksək gəliri son qəpiyinədək Almaniyaya çatdırmalı idilər. (Siyasi tarix, II hissə, Bakı, 1998-ci il). Bu isə sübut edir ki, faşist Almaniyasının SSRİ-yə qarşı müharibəyə başlaması özündə çoxlu məqsədləri birləşdirirdi ki, həmin məqsədlərdən də biri Bakı neftinə sahib olmaq idi. Ancaq qəsbkarlar, işğalçılar əksərən öz çirkin planlarını reallaşdıra bilsələr də, bu istəyə həmişə nail ola bilmirlər. Necə ki, Hitler Almaniyasının Bakını işğal etmək, Abşeron neftinə sahib çıxmaq xülyası elə xülya olaraq qaldı.
   Milli-irqi ayrı-seçkiliyi (Hitlerin düşüncə tərzinə görə almanlar dünyada ən ali irq idilər), işğalçılığı və qəsbkarlığı lənətləyən dünya dövlətlərinin birgə fəaliyyəti, SSRİ rəhbərliyinin göstərdiyi qətiyyət və iradə, Azərbaycan hökumətinin qələbə üçün nümayiş etdirdiyi əzmkarlıq və ən nəhayət, Bakı neftçilərinin şücaəti nəticəsində Hitlerin qanlı caynaqları Odlar Yurduna çatmadı. Bu ölüm-dirim savaşında Bakı neftçilərinin yazdığı şanlı salnamə müharibənin qələbə ilə başa çatmasında çox mühüm rol oynadı. Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivində saxlanılan sənədlərdə göstərilir ki, 1941-ci ilin yayında ictimai təşkilatların göstərişi ilə təkcə Bakının mədən və zavodlarında 3500 nəfərdən çox qız işə başlamışdı. Ümumilikdə isə, Bakının neft sənayesində işləməyə 13 min nəfərdən çox yeni işçi cəlb edilmişdi.
Arxiv sənədindən götürdüyümüz bu fakt barədə iki mühüm məsələni deməliyik: əvvəla, müharibə başlanan kimi bütün kişilər dərhal cəbhəyə gediblər və onları qızlar, qadınlar əvəz edib, ikinci, bu fakt ancaq müharibənin başlandığı ayları əhatə edir. Yəni, qabaqda qələbəyə qədər hələ uzun illər var və Bakı neftçisi həmin illərdə misilsiz şücaətlər yaratmışdı. SSRİ tarixçiləri yazırdılar ki, ölkədə istehsal edilən neftin 70-75 faizini, aviasiya benzininin isə 85-90 faizini Azərbaycan neftçiləri verirdilər. Bakı neftçiləri eyni zamanda SSRİ Hərbi Dəniz Donanmasını da yüksək keyfiyyətli mazutla təmin edirdilər.
   Ermənilərin və bəzi antiazərbaycan, antitürk qüvvələrin qurduğu fitnə-fəsadları nəzərə almasaq, ümumilikdə SSRİ rəhbərliyi Bakı neftçilərinin əməyini qiymətləndirirdi. Bu bir fakt idi ki, müharibənin başlanmasından cəmi yeddi ay sonra 1942-ci il fevralın 6-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti özünün xüsusi fərmanı ilə 500 nəfər Azərbaycan neftçisini ölkənin ali orden və medalları ilə təltif etmişdi. Təltif olunanların 41 nəfəri Lenin ordeninə layiq görülmüşdü. Ancaq bu da bir faktdır ki, 194145-ci illərdə SSRİ neft sənayesi 110 milyon ton neft hasil etmişdi ki, bunun da 75 milyon tonu Azərbaycanın payına düşürdü. (Məzahir Abbasov, Bakı Böyük Vətən müharibəsi illərində, Bakı, 1967-ci il).
   Biz yuxarıda Oljas Süleymenovdan belə bir sitat gətirdik ki, Bakı neftçiləri cəbhənin bütün sahələrində düşmənin başına od yağdırırdılar. Təxminən belə bir fikri görkəmli dövlət xadimi Nikolay Voznessenski hələ 1948-ci ildə yazmışdı. Bu müəllifin qeyd edilən ildə Moskvada çapdan çıxmış SSRİ-nin hərbi iqtisadiyyatı Böyük Vətən müharibəsi illərində adlı kitabında qeyd edilir ki, Sovet Bakısı cəbhəni və SSRİ xalq təsərrüfatını arası kəsilmədən neft məhsulları ilə təmin edirdi və yüzlərlə motoru havada və yerdə hərəkətə gətirirdi. Ancaq təkcə sıravi neftçilər, mədən mütəxəssisləri və ya neft hasilatına rəhbərlik edənlər deyil, Azərbaycanın neftçi alimləri də müharibənin qələbə ilə başa çatması üçün tarixi əhəmiyyətli elmi kəşflər etmişdilər. 1941-ci ilin yayında Bakıda ilk hidrogen birləşmələri qrupu hazırlandı. Yusif Məmmədəliyevin başçılığı altında bir qrup alim 28 gün laboratoriyadan çıxmayaraq neft-kimya elmində böyük hadisə olan yüksək oktanlı aviasiya yanacağı əldə etmişdi. O zaman neft emalı müəssisələrində yeni texnoloji proseslərin hazırlanması üçün Bakıda 75 mühüm laboratoriya fəaliyyət göstərirdi. Bakı düşmənin başına od ələyirdi ifadəsi Odlar Yurdu paytaxtının məhz bu fəaliyyətindən qaynaqlanırdı.
Müharibə başlanan kimi yazıçılar - Süleyman Rəhimov, Məmməd Səid Ordubadi, Mir Cəlal Paşayev, Hüseyn Mehdi, Ənvər Məmmədxanlı və Yusif Şirvanın əsərlərindən ibarət Döyüşkən qələm adlı toplu işıq üzü gördü. Bu toplu daha çox ön cəbhəyə, Azərbaycan əsgərlərinə göndərilirdi. Sonra Faşizm insan mədəniyyətini məhv edir adlı toplu ərsəyə gəldi. Orada isə Səməd Vurğun, Məmməd Arif, Mehdi Hüseyn və başqa qələm sahiblərinin əsərləri toplanmışdı. Cəbhəyə, döyüşən əsgərlərlə görüşə gedən ilk Azərbaycan ziyalıları isə Səməd Vurğun, Mir Cəlal, Rəsul Rza və Zeynal Xəlil idi.
   Bilsin ana torpaq, eşitsin Vətən,
   Müsəlləh əsgərəm, mən də bu gündən - deyən Səməd Vurğun Ananın öyüdü şerində cəbhəyə əsgər yola salırdı: Geyib əsgər paltarını silahlandı qəhrəman. Ancaq ustad yaxşı bilirdi ki, hər anı qanla, ölümlə dolu olan cəbhədə qadın əlinin şəfqətinə çox böyük ehtiyac var.
   Gəl, ana yurdumun qızı, gəlini,
   İndi hünər vaxtı, qeyrət dəmidir" - deyə Azərbaycan qadınını ümumi qələbə naminə köməyə çağıran Səməd Vurğun böyük Üzeyir Hacıbəyovun ürəyini riqqətə gətirmiş və bu iki dahi sənətkarın ərsəyə gətirdiyi Şəfqət bacısı mahnısı azərbaycanlıların döyüşdüyü bütün cəbhələri, bütün səngərləri dolaşmışdı.
   Səməd Vurğunun yola saldığı Azərbaycan əsgərinə Süleyman Rüstəm Yaxşı yol! arzulayırdı:
   Dağ başını aldı duman, get qardaşım, yaxşı yol!
   Yağılara vermə aman, get qardaşım, yaxşı yol!
   Yaxşı yol arzulayıb döyüşlərə göndərdiyi Azərbaycan əsgərini arxa cəbhədən arxayın etmək istəyən Süleyman Rüstəm əsgərə sevgilisindən gələcək məktubu da özü yazırdı:
   Mən arxada çalışıram, gecə-gündüz, sevgilim,
   Gözlərim dörd, alnım açıq, ürəyim düz, sevgilim!






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

AzeriArt.Net Team

Copyright 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net