Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan 

tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr 

festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

SİLSİLƏ YAZILAR

 

   Azərbaycan bəstəkarlarının kinomusiqi sahəsində aktiv fəaliyyəti 30-cu illərdən başlayır. Düzdür əvəllər də Bakıda çəkilən filmlərin nümayişi müxtəlif xarakterli musiqi ilə müçayiət edilirdi. Musiqi fonu- milli musiqi həm Azərbaycan musiqi ansamblı, müğənni-xanəndələr, eləcə də avropa üslublu musiqi-pianoçuların,simli ansamblların çalğısı ilə yaradılırdı.
   İlk musiqi nümunəsi kimi Niyazınin "Almas" (rej.A.Quliyev) filminə yazdığı musiqini göstərmək olar. Bundan sonra çəkilən filmlərdə ("Kəndlilər" rej.S.Mərdanov,1939) əsasən xalq musiqisi nümunələrinin geniş istifadəsi üzərində qurulurdu. 1934-cü ildə çəkimiş "Azərbaycan" incəsənəti" filmində milli musiqi mədəniyyətinin böyük simaları - Ü.Hacıbəyov, H.Sarabski, Ş.Məmmədova, Bülbül, C.Qaryağdı, Q.Pirimov və başqalarının fəaliyyəti işıqlandırılrdı. Filmdə Şərqdə ilk olaraq- Ü.Hacıbəyovun "Leyli və Məcnun", R.Qliyerin xüsusi olaraq Bakı üçün bəstələdiyi "Şahsənəm" operalarından fraqmentlər göstərilmişdi. "Kəndlilər"(rej.S.Mərdanov,1939) filmində Niyazinin bəstələdiyi musiqidə müşayiətçi,təsviredici xassələr üstünlük təşkil etsə də, filmdə baş verən hadisələrin emosional gücünü ümumiləşdirən musiqi parçaları da diqqəti cəlb edir.
    Azərbaycan kinomusiqisində keyfiyyətcə yeni mərhələsi milli bəstəkarlıq məktəbinin iki böyük nümayəndəsi- Qara Qarayev və Tofiq Quliyevin adı ilə bağlıdır.Hər iki bəstəkarın kinomusiqisi sahəsində ilk qələm sınaqları 40-cı illərə aiddir. Qara Qarayevin müxtəlif janrlı-sənədli, bədii kinofilmlərə yazdığı musiqi yüksək bədii məziyyətləri,dramaturji vüsəti,parlaq ümumiləşdirici təsir gücü, əsl simfonik mahiyyəti ilə fərqlənirdi. Qara Qarayev kinomusiqini müşayiətedici passivlikdən çıxararaq filmin ümumi dramaturji sütununun əsas daşıyıcılarından biri kimi şərh edir. Tofiq Quliyevin kinomusiqisində musiqi ideyasının daşıyıcısı-mahnıdır. Bəstəkarın dillər əzbəri olmuş ən populyar mahnıları "Bəxtiyar", "Qızmar günəş altında", "Telefonçu qız", "Onu bağışlamaq olarmı?",  "Ögey ana", "Nəsimi", "Qayınana" və s. filmlərə yazılmış musiqilərdir.
   Rauf Hacıyevin kinomusiqisində estrada janrı ilə milli mahnı ənənələrinin sintezi başlıca cəhətdir. "Romeo mənim qonşumdur", "Əhməd haradadır?" filmləri buna yaxşı misaldır.
   Fikrət Əmirovun kinomusiqisi onun yaradıcılığının səciyyəvi prinsiplərini - parlaq millilik, xalq musiqisi ənənələrinə möhkəm bağlılıq, emosional dolrun ifadə tərzi məcrasındadır. Azərbaycan kinosunun musiqi tərtibatı işinə milli bəstəkarlıq məktəbinin demək olar ki, bütün tanınmış nümayəndələri cəlb edilmişlər.
   Arif Məlikovun kinomusiqisidə əsas obraz daşıyıcısı kimi simfonik janrın dramatik vüsəti, hisslərin poetik , romantik imkanlarından geniş istifadə olunub.
   Əsasən mahnı ustası kimi tanınmış Emin Sabitoğlunun lirik-mahnı üslublu musiqi obrazları diqqəti cəlb edir.Onun filmlərə yazdığı mahnılar təkcə tətbiqi xarakterli musiqi nömrəsi əhəmiyyəti daşımır, həm də filmin ümumi dramaturji istiqamətini, mühüm anlarını gücləndirir. Onun musiqisi ekranda görünən və görünməsə də duyulan məxfi mənaların, emosiyaların daşıyıcısıdır.
   Aqşin Əlizadənin kinomusiqisində emosional-psixoloji nüanslarla,pastoral çalarları özündə birləşdirən şəffaf bir təbəqə kimi şərh edir.
   Polad Bülbüloğlu musiqinin müxtəlif janrlarından məharətlə istifadə edir. İstər foliklor, istərsə də estrada janrınıdan virtuoz səviyyədə, yüksək professionallıqla yerini dəqiq müəyyənləşdirməyi bacarır. Azərbaycan kinosunun bəlkə də yeganə qüsursüz cəhəti onun kinomusiqisidir. Bəstəkar üslubunun yetkinləşməsində kino musiqisi böyük rol oynamışdır. Məhz kino spesifikası ilə ünsiyyətdə yeni dramaturji prinsiplər, ifadə vasitələrinin parlaqlığı,intonasiyanın tutumluluğu kimi cəhətlər formalaşırdı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

© AzeriArt.Net Team

Copyright © 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net