Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan 
tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr 
festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər    Musiqi    Kino    Tanınmışlar    Forum 
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

HAQQINDA

    60-cı illər... Bu zaman kəsiyində Azərbaycan incəsənətinin yeni mərhələsi- intibah mərhələsi başlandı. Şüurlara hopmuş müqavimətsizliyi, əzilmək xofunu darmadağın etmək istəyindənmi yaranmışdı bu "intibah mərhələsi"? Rejimin sifarişi ilə yazılan tarixə, uydurulan fenomenal ədəbiyyata, bəstələnən not "yığımı"na üstüörtülü cavab idimi 60-cı illərin sənət dirçəlişi? Hər halda əsrimizin bu dönəmində çarpaz fikirləri toqquşdura biləcək maraqlı və yaddaqalan sənət meyarları formalaşmışdı.
   Ən əsası isə bu idi ki, qara fəhləsindən "qara" kürsüdə oturanına kimi hər kəs bu formalaşmanı fərq edə biləcək dərəcədə "ziyalı" olmağa məcbur deyildi. Ədəbiyyat və incəsənətin bütün şaxələrində peşəkar və yaradıcı bir sistem formalaşmışdı. Bu dinamikanın fonunda "quruluş" yırtıcılığının qabarıq təzahürü nəzərə çarpsa da, tarixin qızıl səhifələri yazıldı. Bu səhifələrin fonunda isə, özfəaliyyət mexanizmləri hələ dumanlı təsəvvürlərdən başqa bir şey deyildi.
   Kainatı diz çökdürən heybətli fatehlər, ölkələri viran qoyan sərkərdələr belə, mədəniyyəti məxsus olduğu xalqın sivil təfəkkürünə yüksək təkan verə biləcək amil hesab etmişlər. Həqiqətən də insan oğlu yaşadığı mühit etibarilə yazıdan-pozuya, səsdən-səssizliyə, zildən-bəmə məhz qidalandığı mədəniyyətin inkişafına cəhd göstərir.
   Qaya rəsmlərinin yazılı şahidi Qobustanın ucsuz-bucaqsız soyuq divarlarında əks-səda verən Üzeyir musiqisinin notlarına hopmuş Füzuli, Nizami dühası böyük xalqın özü qədər şərəfli keçmişinə çıraq tutur. Mədəniyyətin öncülləri sırasında əzmini əsirgəməyən, janr etibarilə müxtəlif sahələrdə əvəzsiz xidmətlər göstərmiş şəxsiyyətlərin yaşanmış məqamlarının qiyabi bələdçi kimi zəngin Azərbaycan incəsənətinin ən zərif nüanslarını çatdırmağı özümüzə borc bilirik.
   Yeni nəslin öz keçmişini danmaması, çürük və bayağı ideologiya arxasınca kor-koranə qaçmaması, incəsənət sahələrinin yetənəksiz "kadrlar" ixtiyarına verilməməsi və mədəniyyətin anlamlı bir şəkildə qavranılması naminə virtual məkanın labüd imkanlarından lazımi şəkildə bəhrələnərək, istər teatr, musiqi, kino, istərsə də təsviri incəsənətin mövcud qollarını səhifəmizdə işıqlandırmağa nail olduq. Unutmaq olmaz ki, hər dövrdə maarifçilərimiz cəmiyyətin savadlanması, tərəqqisi yönündə mübarizə metodlarını mənımsətmiş, məhdud da olsa, ziyalı çevrəsi yaratmışlar. Təsadüfi deyildir ki, bu gün hər bir Azərbaycanlı gəncinin qəlbində azacıq da olsa, böyük mədəni irsin zərrəciyi vardır.
 

 

  Copyright  1998-2006|Sabuhi Novruzov|AzeriArt.Net
  Səbuhi İbrahim oğlu NOVRUZOV

  AzeriArt.Net saytının təsisçisi

  info@azeriart.net

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

AzeriArt.Net Team

Copyright 1998-2007 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net