Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

BƏSTƏKARLAR

   

 Üzeyir Hacıbəyov

   Müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi. SSRİ xalq artisti (1938). Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-48). SSRİ Dövlət Mükafatı Laureatı (1941,46). Üzeyir Hacıbəyov XX yüziliyin I yarısında dünya musiqi mədəniyyətində öz sözünü demiş, öz yeni dəsti-xətti ilə seçilən böyük bəstəkarlardan biridir. O, öz yaradıcılığı və geniş fəaliyyəti ilə Şərq və Qərb musiqi mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı faydalanması yolunda ən böyük və ən cəsarətli addımlar atmış ilk sənətkar-musiqiçilərdən biridir.
   Üzeyir Əbdul Hüseyn oğlu Hacıbəyov 1885-ci il sentyabrın 18-də Şuşa yaxınlığındakı Ağcabədi kəndində anadan olmuşdur. 1899-1904-cü illər Zaqafqaziya (Qori) müəllimlər seminariyasına daxil olmuş, oranı bitirərək kənd müəllimi adını almışdır. 1905-ci il Şuşada tərəqqipərvər Cavanlar İttifaqı təşkilatının üzvü olmuş daha sonra Bakı şəhərinə köçmüş və ədəbi-publisistik fəaliyyətə başlamışdır. 1907-ci il Leyli və Məcnun operası üzərində işləmiş və beləliklə, bəstəkarlıq fəaliyyətinə başlamışdır. Onun Siyasi, hüqüq, hərbi və bir çox başqa terminlərin rusca-tatarca və tatarca-rusca lüğətləri çapdan çıxmışdır; bu lüğətlər maarifçilik sahəsində böyük rol oynamışdır. Azərbaycanda müasir professional musiqi tarixinin əsasını qoyan Leyli və Məcnun operasının ilk tamaşası 25 yanvar, 1908-ci ildə olmuşdur.
   Üzeyir Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoylmuş, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi tanınmışdır.
   Hacıbəyovun 1908-ci il yanvarın 25-də Bakıda H.Z.Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman şərqində opera sənətinin əsası qoyulmuşdur. Üzeyir Hacıbəyov 1909-15-ci illərdə bir-birinin ardınca "Şeyx Sən'an" (1909), "Rüstəm və Söhrab" (1910), Şah Abbas və Xurşid banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla (1915)" əsərlərini yazmışdır. Hacıbəyov Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. "Ər və arvad" (1909), "O olmasın bu olsun" (1910), "Arşın mal alan" musiqili komediyaları və s. 1937-ci il aprelin 30-da Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası "Aşıqsayağı" triosu (1931) il və s. Hacıbəyovun Böyük Vətən Müharibəsi illərində "Çağırış","Yaxşı yol", "Ananın oğluna nəsihəti", "Şəfqət bacısı", "Döyüşçülər marşı" və s. vətənpərvər ruhlu mahnılar, eləcədə xalq çalğı alətləri orkestri üçün "Cəngi"(1941) pyesini, "Vətən və Cəbhə" (1942) kantatasını bəstələmişdir. "Sənsiz"(1941) və "Sevgili canan" (1943) romans-qəzəlləri xüsusi yer tutur. Hacıbəyov həyatının son illərində "Firuzə" operası üzərində işləmişdir. Bu bitməmiş operadan təkcə Firuzənin ariyası qalmışdır. Hacıbəyovun "Arşın mal alan " musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belarus, gürcü və s. dillərə tərcumə edilmiş, xarici dövlətələrdə tamaşaya qoyulmuşdur. Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası 1917 ildə (rejissor B.Svetlov), 1945 ildə (rejissorlar R.Təhmasib, N.Lesçenko) və 1965 ildə (rejissor T.Tağızadə), "O olmasın bu olsun" (rejissor H.Seyidzadə) 1956 ildə ekranlaşdırılıb. "Arşın mal alan" (1945) filminə görə rejissorlar R.Təhmasib və N.Lesçenko, bəstəkar Ü.Hacıbəyov, aktyorlardan R.Behbudov, L.Bədirbəyli, E.Hüseynzadə, M.Kələntərli və L.Abdullayev SSRİ Dövlət Mükafatına (1946) layiq görulmüşlər.
O, ilk azərbacanlı folklorçu-bəstəkar və Azərbaycan musiqisinin lad (məqam) nəzəriyyəsini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı musiqişünas-alimdir. Üzeyir Hacıbəyov, yüz illik dövr keçsə də, hələ də ədəbi-bədii dəyərini itirməmiş yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu-dramaturqdur. Üzeyir Hacıbəyov görkəmli yenilikçi, müəllim-ustad və Azərbaycanda iən böyük musiqiçi-ictimaiyyətçı kimi, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı və ilk yolgöstərəni, sükançısı kimi Azərbaycan xalqının tarixində və mədəniyyətində ən böyük simalardan biri kimi yaşayır və yaşayacaq.
   Ü.Hacıbəyova həsr olunan 2 seriyalı "Üzeyir Hacıbəyov" və "Uzun ömrün akkordları" (1982, rej. Anar) film çəkilmişdir. Ü.Hacıbəyov 1948-ci il 22 noyabrda vəfat etmişdir.

 

 

 

 

 

 

 

 






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

AzeriArt.Net Team

Copyright 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net