Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

BƏSTƏKARLAR

   

 Rafiq Babayev

   Bənzərsiz musiqiçi, bəstəkar, çox yüksək peşəkar səviyyəli Rafiq Babayev 1937-ci il martın 31-də Bakı şəhərində partiya orqalarında işləmiş Fərzi Babayevin ailəsində anadan olmuşdur. 1937-ci ildə XDİK (Xalq Daxili İşlər Komissarlığı) həbsxanasına salınmış Fərzi Babayev güllələnmə cəzasına məhkum edilmişdir (1956-cı ildə o, bəraət qazanaraq azadlığa buraxılır). Rafiqin anası Şahbəyim xanım onu və üç qızını hədsiz çətin şəraitdə tərbiyə etməyə məcbur olur. Sonradan bu uşaqların 4-də peşəkar musiqiçi kimi tanınmışdır.
   1943-cü ildə musiqi məktəbinə daxil olan Rafiq 1950-ci ildə həmin məktəbi bitirir və A.Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur. Gözəl pedaqoq R.S.Levinanın sinfində təhsil alan Rafiq öz qabiliyyətləri sayəsində başqalarından xeyli seçilirdi. Rafiq bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir. O, caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi.
1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilmişdi. Sonradan özünü bütünlüklə caz musiqisinə həsr edən Rafiq Babayev 1959-cu ildə Bakı Konservatoriyasını bitirdikdən sonra həmin qrupun musiqi rəhbəri kimi, Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxır. Rafiq Babayev Bakıya qayıdandan sonra görkəmli müğənni Rəşid Behbudovla tanış olur.
   1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Raifq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilir. R.Babayev və R.Behbudov teatrlaşdırılmış böyük konsert proqramı hazırlamağa başlayırlar. Rafiq bu tamaşanın səhnəyə qoyulması üçün çox böyük işlər görmüşdür.Bütün bu illər ərzində Rafiq caz musiqisi sahəsində yaradıcı işini də davam etdirir, bu işlə fasiləsiz məşğul olur, caz festifallarında iştirak edir. 1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festifalında Rafiq Babayevin ansamblı laureat olur. Onun Bayatı-kürd ladında ifa edilmiş kompozisiyası xüsusi qeyd edilir.Müxtəlif illərdə bu kollektivin heyətində Gennadi Stepanişşev (fleyta, saksofon), Rauf Sultanov (bas-gitara), Ələsgər Abbasov (gitara), Səyavuş Kərimi (ud, klavişli alətlər), Cəmil Əmirov (klavişli alətlər), Tofiq Cabbarov (zərb alətləri), Firuz İsmayılov (sintezator), Ramin Sultanov (zərb alətləri), Emil Həsənov (bas-gitara), Vaqif Əliyev (zərb alətləri), Emil K.Həsənov (bas-gitara) və başqa peşəkar musiqiçilər fəaliyyət göstərirdilər.
Həmin illərdə Rafiq Babayev ictimai işlərlə də məşğul olur, müxtəlif musabiqələr, baxış və festivallar təşkil edir. Onun bütün yaradıcılıq fəaliyyəti gənc instrumental musiqiçi və vokalçılarla pedaqoji işlə həmişə bağlı olmuşdur.
   1991-ci ildə Rafiq Babayev Cəngi folklor-caz kollektivini təşkil edir və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən Səsyazma Studiyası yaradır. O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə - Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradırdı.
   R.Babayevin fitri istedadı, yüksək professionalizmi və qeyri-adi əməksevərliyi yüksək qiymətləndirilmiş, 1993-cü ildə ona Azərbaycanın Xalq Artisti adı verilmişdir. Daim öz üzərində işləyən bu bəstəkar və pianoçu həm də gözəl pedaqoji istedada malik idi. Rafiq Babayev yaxşı təşkilatçı və rəhbər olmaqla təkcə musiqi sahəsində deyil, texnika, çəkiliş, quruluş və s. sahələrin bütün incəliklərini dərindən bilirdi. Qara Qarayev onun barəsində belə demişdir: R.Babayev sözün hərfi mənasında hər şeyi bacarır! Rafiq öz peşəkarlığını təkmilləşdirməkdən yorulmayan, səhərdən başlamış ta gecədən keçənə qədər kompozisiyalar üzərində işləməyi bacaran əsl musiqiçi idi. O, həmin kompozisiyaların adi gündəlik qayğılar kölgəsində itib-batmasına yol verməmək, onları qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq üçün əlindən gələni edirdi.
   Rafiq Babayevin faciəli şəkildə həlak olması təkcə Azərbaycan xalqını deyil, bütün dünya musiqi ictimaiyyətini sarsıtdı. 1994-cü il martın 19-da heç bir günahı olmayan onlarca sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar erməni ekstremistlərinin təşkil etdiyi qanlı terrorun qurbanı oldu. Belələrindən biri də Rafiq Babayev idi. Metro stansiyasında baş vermiş partlayış nəticəsində bu gözəl musiqiçi, həyatsevər insan yaradıcılığının ən mühüm və məsul dövrundə həyatla vidalaşdı.
   Rafiqin həlak olması onuq ömür-gün yoldaşı Fəridə xanımı və iki qızını sarsıtdı. Onlar təkcə sevimli ər və ata deyil, həm də ailənin etibarlı dayağını itirmişdilər. Rafiqin yaxınları, bütün dostları və həmkarları da bu xəbərdən sarsıldı.
Kinorejissor Eldar Quliyev Rafiqi xatırlayaraq demişdir: Raifq deyirdi ki, o, Vətənə sözünü öz yaradıcılığı ilə deyəcəkdir. O, mənimlə də yaradıcı əməkdaşlıq edirdi. Buna görə mən həmin insana çox minnətdaram. O belə hesab edirdi ki, yalnız yaradıcı insan öz xalqına xeyir verə bilər. Sülhü və ən gözəl duyğuları təbliğ edən Rafiq Babayevin ölümü şərə və zorakılığa, müharibələrə və terrorizmə qarşı daha bir protest oldu. Rafiq böyük şəxsiyyət idi, onun xatirəsi əbədi yaşayacaqdır.

 

 

 

 






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

AzeriArt.Net Team

Copyright 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net