Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

BİZİM MUSİQİ

   

Qulu Əsgərov

 Köç etsə də dünyadan...
   Qulunun səsində qəribə bir cazibə, təkrarsız həzinlik vardı. Qulu nəğmələrinin sehrinə düşən heç vaxt ondan ayrılmaq istəmirdi. Məşhur tarzən Şirinin, adlı-sanlı balabançı Həsənin həmyerlisinə ilahi nadir istedad çələngi bağışlamışdı: onun ahənrüba kimi cəzbedici, məlahətli, yanıqlı səsi vardı: tarı çox məharətlə çalardı, hətta bəzən mahnı da bəstələyərdi. Bu üç xüsusiyyətin üçü də bir vəhdətə dönmüşdü Qulunun varlığında.
    Qulu haqqında xatirələr: Müharibədən sonrakı çox çətin, keşməkeşli, ehtiyaclı illərdə onlar da Kür qırağına seyrə çıxar, oynayar, söhbət edərdilər. Bir dəfə Kürqaraqaşlıda toy vardı. Həmin toyda nə gördüm: tarı bağrına basmış Qulu həzin-həzin oxuyurdu: "Baxın səhərlərin yaqut rənginə, bənzəyir şairin söz ahənginəЕ" O gündən vuruldum Qulunun ecazkar səsinə, məftun oldum, sərraflaşıb girmək istədim musiqi xəzinəsinə.
   İnstitutun birinci kursunda təhsil alanda bir otaqda 20 nəfər qalırdıq. Divara bərkidilmiş radio vasitəsilə arada gah konsertə, gah da son xəbərlərə qulaq asırdıq. Bir gün otaq yaldaşlarımdan biri tələsik gəlib dedi:
- Niyə radionu açmamısan? Eloğlunuz Qulu Əsgərov oxuyur.
Tez radionu işə saldıq. Efirdən bir vaxt ilk dəfə Kürqaraqaşlıda eşitdiyim sehrli səs yayıldı. Qulu həzin-həzin oxuyurdu: "Ay bizim ellər, ay bizim ellərЕ" Fərəhimin, qürurumun həddi-hüdudu yox idi: artıq Qulumuzu bütün Azərbaycan dinləyirdi.
Çoxdankı əhvalatdır, gənc müəllif kimi respublika yazıçılarının növbəti qurultayına çağırılmışdım. Tanınmış şairlərimizdən biri mahnı mətnlərinin əsasən zəifliyindən şikayətlənib deyirdi ki, "Sevgi sevən mərd olarЕ" Bu sözlər müğənni Qulu Əsgərovun oxuduğu mahnıdandır. Ay yoldaşlar, sevgini də sevərlərmi?" Bir gün Nizami küçəsində rastlaşanda bu haqda Quluya danışdım. O, inandırıcılıqla bildirdi: - Şair düzgün məlumat verməyib. Həmin mahnının nəqəratı belə başlanır: "Sev ki, sevən mərd olarЕ" Beləliklə, ölməz müğənni-bəstəkar həm də şair təbiətli idi.
Qulu Əsgərov tələbkar, xeyirxah insan, müəllim idi. Ustad öz şagirdləri ilə səfərlərə yollanmağı xoşlayardı. Özü ilə birlikdə toylara apardığı, səhnələrə çıxardığı cavanlar get-gedə məşhurlaşar, fəxri adlara layiq görülər, ekrandan, efirdən tez-tez səslənərdilər. Qulu onların uğurlarına qəlbdən sevinər, qürur duyardı. Onun səxavətini, qayğısını Mələkxanım, Niyaməddin, Zaur kimi bülbüllərimiz əsla yaddan çıxarmırlar.
Ömrünün sonunadək qismətində yalnız bircə titul varmış: "Festival laureatı". Bürokratlar ona daha yüksək dərəcələr bəxş etməkdə xəsis idilər. Amma məclislərinə, toylarına gəlişini həvəslə, intizarla gözləyirdilər. Qulu isə onlardan heç vədə ad, mükafat ummazdı. Heç ünvanına "Festival laureatı" deyilməsini də arzulamazdı. Yadımdadır: Salyanın Xalac kəndində Aşıq Pənah adına mədəniyyət sarayının açılışı günü rəsmi hissədən sonra "Kür" pavilyonunda ziyafət verildi. Qonaqlığın qızğın çağında dedilər ki, hökumətin məsul işçilərindən biri Neftçalaya gedərkən (onda ilin təzələnməsinə 2-3 gün qalırdıЕ) bir az ləngiyib məclisə təşrif gətirir. Nüfuzlu şəxsin bu sözləri həmişə yadımdadır: "Qulunu tarsız, tarı Qulusuz təsəvvür etmək olmaz". Hökumət nümayəndəsi Quluya fəxri ad verəcəyini, haqqında film çəkdirəcəyini, telegüzgüyə müntəzəm surətdə çıxarılacağını vəd etdi. Ötdü aylar, fəsillər - Qulu elə festival laureatı - Qulu kimi həyatla vidalaşdı...

 

 

 

 

 

 

 

 

 

 

 

 






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

© AzeriArt.Net Team

Copyright © 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net