Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

BİZİM MUSİQİ

   

 Habil Əliyev

   Musiqimizin kamanı tarixində təkdi, tənhadı, təkrarsız, bənzərsizdi, əvəzsizdi Habil. Habil kiçik yaşlarından Ağdaş musiqi məktəbində kamança çalmağı öyrənməyə başlayıb. Elə həmin vaxtdan da meylini kamançaya salıb. 1938-ci ildə məktəblərində bayrama həsr edilmiş təntənəli gecə keçirilirdi. Habil ömründə ilk dəfə olaraq həmin gecədə iştirak etdi və sənətdə ilk addımını atdı. Yeddinci sinfi və həm də musiqi məktəbini bitirəndən sonra Habil pedaqoji məktəbə girdi. Müharibə vaxtına düşdüyündən ailə şəraitinin çətinliyinə görə Habil pedaqoji məktəbdə oxumaqla bərabər axşamlar N.B.Vəzirov adına Ağdaş Dövlət Dram Teatrında işləyirdi, kamança çalırdı. 1947-ci ildə Habil Ağdaşda pionərlər evində dərnək rəhbəri oldu.
   1952-ci ildə Bakıya gəlib A.Zeynallı adına Musiqi Məktəbinin kamança şöbəsinə daxil oldu. Görkəmli tarzən Qurban Primovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənməyə başlayır.
   Habil 1953-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan Habil həvəslə onların ölməz irsindən bəhrələnir, daha səylə çalışır, saatlarla məşqdən yorulmurdu. 1961-ci ildə Habilin televiziyada ilk konserti oldu.
   Habil dünyanın bir çox ölkələrində Almaniya, İran, Fransa, Pakistan, İsveçrə, İngiltərə, Hindistan, Hollandiya, Mozambik, Suriya, Yaponiya ve s. keçmiş SSRİ-nin respublikalarında qastrol səfərlərində olmuşdur. Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz","Rahab", "Bayatı-Kürd", "Çahargah", "Rast", "Zabul" muğamlarına yeni həyat-kamança həyatı vermişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

© AzeriArt.Net Team

Copyright © 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net