Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

BƏSTƏKARLAR

   

Fikrət Əmirov

   Azərbaycan bəstəkarı. SSRİ xalq artisti (1965),SSRI Dövlət Mükafatı laureatı (1949),Azərb.SSR Dövlət mükafatı laureatı (1974), respublika Lenin komsomolu mükafatı laureatı (1967) Ürək çalarlar(1944), Gözün aydın(1946), Sevil(1953), Azərbaycan suitası(1950), Azərbaycan kapriççosu(1961), Azərbaycan qravurləri(1977) ,Ulduz, Gülərəm gülsən, Azərbaycan elləri, Mən səni araram, Reyhan, Gülür ellər və s. romans və mahnıların müəllifidir. Səhər, Böyük dayaq, Mən ki gözəl deyildim və s. kinofilmlərinə musiqi bəstələmişdir. Min bir gecə(1979) baletini yazmışdır. Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.
   İlk musiqi təhsilini Gəncədə alan F.Əmirov Bakıya gələndən sonra, orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinifində oxuyub. Burada ona dövrünün tanınmış bəstəkarları və istedadlı müəllimləri dərs deyiblər. Konservatoriyadakı təhsil illərində isə musiqinin incəliklərinə professor Zeydmanın rəhbərliyi ilə yiyələnir. Eyni zamanda ölməz Ü.Hacıbəyovun yaradıcılığı ilə dərindən tanış olur. Özünün yazdığı kimi, onun yaradıcılığına həm də məşhur bəstəkar Çaykovskinin böyük təsiri olmuşdur. Bu əsəri yazdığım, yaratdığım müddətdə mən öz üzərimdə iki dahi bəstəkarın təsirini açıq-aydın hiss edirdim: Üzeyir bəy və Çaykovski. Məhz Üzeyir Hacıbəyovun xalq musiqisindən qidalanan mükəmməl operalarını, onun insani xüsusiyyətlərini, Çaykovskinin yaradıcılığını dərindən dərk edərək mən öz operamda (Sevildən söhbət gedir. O.A.) bu iki başlanğıcın qovuşmasına nail oldum.
F.Əmirov Dövlət Konservatoriyasında təhsil aldığı illərdə artıq yaxşı bəstəkar kimi tanınmışdı; Ürək çalanlar (M.S.Ordubadi), və Gözün aydın (M.Əlizadə) operettalarına musiqi bəstələmiş, fortepiano əsərləri, variasiyalar yazmışdı.
Faşizm əleyhinə Dünya müharibəsinin iştrakçısı olmuş F.Əmirov kontuziya aldığından ordudan vaxtından əvvəl tərxis edilir. 1948-ci ildə Dövlət Konservatoriyasını bitirir. Bundan sonrakı həyatı, yaradıcılığının böyük bir hissəsi musiqi mədəniyyətimizin inkişafına, onun daha da şöhrətlənməsinə həsr olunur. Sevil operası və Min bir gecə baleti F.Əmirov yaradıcılığında mühüm yer tutur. Sevil operası (C.Cabbarlının eyni adlı pyesi əsasında) insan arzularının lirik səpkidə, yığcam şəkildə, milli ruhda ifadəsinin ecazkar nümunəsidir. Bu operanın 1963-cü ildə Niyazinin rəhbərliyi ilə Moskvada P.İ.Çaykovski adına Konsert zalında Ümumittifaq Radiosu və Televiziyasının simfonik orkestrinin xoru və solistləri tərəfindən rus dilində ifa olunmasını, 1977-ci ildə Səmərqənddə tamaşaya qoyulmasına, 1970-də ekranlaşdırılmasını təsadüfi saymaq olmaz.
Peşəkarlıq onun yaradıcılığının bütün sahələri üçün eyni dərəcədə səciyyəvidir. Nizami simli simfoniyası böyük şairin fəlsəfi görüşlərini, dünyagörüşünü musiqi dili ilə vermək baxımından indi də dəyərini saxlayır. Musiqinin təsiri, dinləyici əhvalında fəlsəfi-lirik ovqat yaratmaq gücü bəstəkarın qarşıya qoyduğu məqsədə necə məharətlə çatdığını göstərir.
Simfonik muğam janrı F.Əmirovun yaradıcılığında xüsusi yer tutur. Bu janrdakı uğurları bir daha sübut edir ki, F.Əmirov muğamlarımızın sonsuz imkanlarını yaxşı duyub və onlardan səmərəli istifadə edib. Məhz muğamlara müraciətin, onlardan yaradıcılıqla istifadənin nəticəsidir ki, Şur və Kürd ovşarı simfonik muğamları əvəzsiz musiqi nümunələrinə çevrilib. Bəstəkar təxəyyülü, obrazlı musiqi təfəkkürü adı çəkilən muğamlara ikinci həyat vermiş, onların bəşəri sevgiyə layiq olduqlarını təsdiqləmişdir. Muğamlarıntəksəsli musiqinin simfonik janrda işlənilməsində böyük bəstəkar həmişə bir cəhəti diqqət mərkəzində saxlamışdır: muğam ruhunu qorumaq. Bəlkə bunun nəticəsidir ki, F.Əmirovun Şur, Kürd ovşarı, Gülüstan-Bayatı-Şiraz simfonik muğamları dinlənilən, başa düşülən, sevilən, insan əhvalına təsir edən əsərlər olaraq qalır. Bu əsərləri dinləyərkən adam muğamlarımızın keçdiyi acılı-şirinli tarixi yaşayır. Onun dünya musiqi mədəniyyətində tutduğu mövqeyi qavrayır.
Xalq musiqisi ilə professional musiqinin vəhdəti F.Əmirov yaradıcılığı üçün səciyyəvidir. Bu cəhətdən Azərbaycan suitası, Azərbaycan kapriççosu, Simfonik rəqslər, Azərbaycan qravürləri əsərləri daha parlaq nümunələrdir. Əgər birinci əsər (Azərbaycan suitası) aşıq musiqisi ruhunda köklənibsə, ikincinin (Azərbaycan kapriççiosu) mayasında birbaşa simfonik muğam əhvalı dayanıb. Bu əsərlərin hər birinin ruhu, canı, qanı və ən nəhayət, adı bəstəkarın xalqa bağlılığından, bu xalqın mədəniyyətini musiqi nümunələri əsasında dünya arenasına çıxarmaq, onu tanıtmaq, sevdirmək istəyindən xəbər verir. F.Əmirovu ölməzləşdirən amillərdən biri də elə budur, - desək, səhv olmaz.
   F.Əmirov instrumental konsert janrına müraciət edən və bu janrda dəyərli əsərlər yaradan ilk Azərbaycan bəstəkarlarındandır. Onun fortepiano və skripka ilə orkest üçün və fortepiano ilə xalq çalğı alətləri üçün konsertində (A.Babayevlə birlikdə) xalq mahnılarının, zəngin xalq rəqslərinin imkanlarından yaradıcılıqla istifadə olunmuş, lakin bu janr üçün səciyyəvi olan üslub, ritm, ahəngdarlıq qorunmuşdur. Bəstəkarın Gülərəm, gülsən, Azərbaycan elləri, Ulduz, Mən səni araram kimi romans və mahnıları instrumental musiqi janrında bəstələnmiş əsərlərdir. Bu əsərlər bəstəkarın xalq musiqisini, Azərbaycan tarixini, folklorunu dərindən bildiyini, yaradıcılığında onlardan məharətlə bəhrələndiyini göstərir.
F.Əmirovun simfonik muğamları dünyanın bir çox məşhur dirijorlarının repertuarında yer tutmuş və əzəmətli konsert salonlarında ifa olunmuşdur.
F.Əmirov təkcə bəstəkar kimi məşhurlaşmamışdır. O, musiqi tariximizin görkəmli tədqiqatçısı, tələbələri tərəfindən indi də dərin ehtiramla xatırlanan müəllim, ictimai-siyasi xadim olmuşdur. onun Musiqi düşüncələri adlı əsəri bu cəhətdən dəyərli fikirlər toplusu, musiqimizin, bütövlükdə mədəniyyətimizin inkişafı ilə bağlı düşüncələrin toplandığı mənbədir. F.Əmirov tədqiqatlarında həmişə xalq musiqimizdən müasir şəraitdə istifadə məsələsinə, mahnı janrının milli ruhda daha da zənginləşdirilməsinin vacibliyinə geniş yer vermişdir. Musiqi yaradıcılığında, bəstəkarlıq sahəsində, tədqiqat işində bu qədər zəngin irs qoymuş F.Əmirov Azərbaycan dünyasını bir çox konsert salonlarında təmsil edib.






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

AzeriArt.Net Team

Copyright 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net