Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

BİZİM MUSİQİ

   

Bülbül

Azərbaycan opera muğənnisi (lirik-dramatik tenor), xanendə, musiqi folkloru tədqiqatçısı. SSRİ xalq artisti (1938).SSRİ Dövlət mükafatı laureatı (1950). 1924 ildən Azərbaycan Opera və Balət Teatrının solistidir. Bülbülün repertuarında Qərbi Avropa və rus klassiklərinin əsərləridə "Karmen", "Aleko", "Riqoletto" və s. xalq mahnılarından "Süsən sünbül", "Yaxan düymələ", "Qara gözlər", "Çal oyna", "Segah təsnifləri" və s. Bülbül A.Zeynallının "Ölkəm", Ü.Hacıbəyovun "Sənsiz", "Sevgili canan" romanslarının ilk ifaçısı olmuş və zəngin boyalarla təkrarolunmaz musiqi obrazları yaratmışdır.
   Bülbülün ifaçılığında milli vokal üslubu ilə italyan vokal üslubu üzvi şəkildə birləşibdir. Bülbülün redaktəsi ilə "50 Azərbaycan el mahnısı" (1938) və Azərbaycan xalq mahnıları (1956,58) çap edilib.
   2 Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordeni, İtaliyanın Qaribaldi ordeni və medallarla təltif edilmişdir.

 Opera sahəsində rolları:
Koroğlu (Koroğlu, Ü.Hacıbəyov)
Əsgər (Arşın mal alan, Ü.Hacıbəyov)
Qərib (Şahsənəm, R.M.Qlier)
Nizami (Nizami, E.Bədəlbəyli)
Fərhad (Xosrov və Şirin, Niyazi)
Aslan (Vətən, Q.Qarayev)
Saro (Anus, A.Tiqranyan)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

© AzeriArt.Net Team

Copyright © 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net