Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

REJİSSORLAR

   Rasim Ocaqov
 

   Azərbaycan kino rejissoru və operatoru. Azərb.SSR xalq artisti (1982) Azərb.SSR (1967) və Çeçen-İnquş MSSR (1964) əməkdar incəsənət xadimi. SSRİ Dövlət mükafatı laureatı. Azərb.SSR Dövlət Mükafatı laureatı(1980).
   Moskva Kinematoqrafiya İnstitutunu bitirəndə Rasim müəllim kinooperator olmaq istəyirdi. 50-ci illərdə Azərbaycan kinosunda artıq yeni operator nəsli yetişmişdi. Muxtar Dadaşov, Teyyub Axundov, Xan Babayev, Əlisəttar Atakişiyev və başqaları kinomuzda operator kimi fəaliyyət göstərirdilər.
   50-ci illərin sonlarından başlayaraq kinomuzda, həqiqətən, güclü bir canlanma var idi. Yeni nəfəs, yeni mövzular gəlirdi kinoya. Və belə bir vaxtda Rasim Ocaqov Bakı kinostudiyasında ilk çəkilişlərinə başladı. 1957-ci ildə ilk dəfə operator kimi Bir məhəlləli iki oğlan filmində işlədi. Filmdə baş operator Marqarita Pilixina idi. Görkəmli kinorejissor Əjdər İbrahimovun bu kino əsərini Bakı kinostudiyasında çəksə də, M. Qorki adına studiya da filmin şərikli istehsalçısı idi. O, kinokameranın dilini öyrənmişdi, işıq- kölgə münasibətləri, müxtəlif planların ardıcıl qurulması artıq operator kimi onun üçün problem deyildi. Ətrafındakılar bu gənc operatorun gələcək taleyindən də narahat deyildirlər. Çünki Rasim Ocaqov elə ilk çəkilişlərdə özünü təsdiq etmişdi və sevib-seçdiyi sənətin çətinliklərini yaxşı başa düşürdü.
Rasim Ocaqovun operator kimi çəkdiyi filmlərdə kadrlar süjetin ümumi axarına elə uyğunlaşdırılırdı ki, tamaşaçı çox vaxt bu kadrların təsirindən çıxa bilmir, filmin sonuna kimi eyni həvəslə tamaşa edirdi.
   Onun böyük ürəyi flimi isə R. Ocaqovun ilk sərbəst işi idi. Yenə də rejissor Əjdər İbrahimov onu öz filminə gətirmişdi. 1958-ci ildə Bakı kinostudiyasında lentə alınmış bu filmdə Rasim Ocaqov həm də özünü psixoloji anların ustası kimi təsdiq etdi. Bu film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Ancaq hiss edirsən ki, bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınmışdır. İnsanların od püskürən soba qarşısındakı gərgin anlarını, bəzən romantik məqamlarda geniş və orta planlardakı vəziyyətləri elə ustalıqla yaradılmışdır ki, tamaşaçı həqiqətən onun yaradıcılarının istedadına heyran qalır.
Doğrudan da, tamaşaçı filmə operatorun gözü ilə baxır. Əgər kinooperator duyumlu, texniki cəhətdən mükəm- məldirsə, deməli, filmin baxımlılığı təmin olunmuşdur.
   Rasim Ocaqov kinoya heç vaxt artıq bir detal gətirməyib. O, bəzən heç rejissorla məsləhətləşmədən çəkilişləri aparır, sonradan bu kadrlara birgə tamaşa edəndə rejissorlar onun işinə qibtə edərdilər. Əsl dost, Bizim küçə, Mən rəqs edəcəyəm, Sən niyə susursan? və Skripkanın sərgüzəşti filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı.
   Azərbaycan kinosunda filmlərlə bağlı bəzən qalmaqallı hadisələr olub. Elə Gəncəbasarlı qisasçı filmi də belə hadisələrlə üzləşib. Filmi başqa bir rejissora həvalə etmişdilər. Bu, o vaxtlar idi ki, Rasim Ocaqov da kinostudiyaya müəyyən sifarişlər verib, rejissor kimi film çəkmək istədiyini bildirmişdi. Və günlərin birində studiyanın rəhbərliyi Rasim Ocaqova yarımçıq qalmış Gəncəbasarlı qisasçı filmini davam etdirməyi həvalə etdi. 1975-ci ildə Rasim Ocaqov ilk dəfə rejissor kimi film çəkməli oldu. Bu tarixi-qəhrəmanlıq janrında çəkiləcək filmə o yenidən başladı. Qəhrəmanların ifaçılarını dəyişdi, ssenariyə əməlli-başlı əl gəzdirdi. Qatır Məmmədin obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırdı. Film ekranlara çıxanda isə müəyyən iradlar deyilsə də, bütövlükdə filmin uğurlu olduğu mətbuatda geniş qeyd edildi.
   Xalq artisti Rasim Ocaqov rejissor kimi 28 ildən artıqdır ki, Azərbaycan kinosunun bədii salnaməsini yaradır. Onun filmlərinin üstünlüyü ondadır ki, Rasim müəllim üçün mövzu məhdudiyyəti yoxdur. Tarixi filmdə də, psixoloji dram janrında da eyni ciddiyyətlə işləyir. Tütək səsi filminin uğurları barədə yəqin ki, geniş danışmağa ehtiyac yoxdur. Bu film müharibə haqqında təsəvvürlərimizə aydınlıq gətirdi. İsa Hüseynov özünün Saz və Tütək səsi povestləri əsasında yazdığı ssenari rejissor üçün çox zəngin material vermişdi. Daha rejissor seçim qarşısında qalmamışdı. Detallar öz yerində, hadisələr kino dilinə yaxın olduğundan rejissora yalnız filmin quruluşunu vermək qalırdı. Rasim Ocaqovun Tütək səsi filmi əsl mənada kinomuzun şedevrlərindən birinə çevrildi. Tütək səsi öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından kinomuza xeyli yeniliklər gətirdi. Bu film ekranlara çıxanda kinoteatrlarımızda növbələr düzülmüşdü. Yusif Vəliyevin, Məmmədrza Şeyxzamanovun yaratdığı qəhrəmanlar filmə xüsusi bir ovqat bəxş etmişdi. Xüsusilə Qılınc Qurbanın ifaçısı olan Yusif Vəliyevin bənzərsiz oyunu onu kinomuzun çox yaddaqalan obrazlarından birinə çevirmişdi. Mən dəfələrlə bu filmə tamaşa etmişəm. Hər dəfə də M. Şeyxzamanovu, İsfəndiyar kişinin görsəndiyi səhnələr qəlbimi kövrəldib. Cəbhədə vuruşan oğlunun yolunu həsrətlə gözləyən İsfəndiyar kişi, sazda Ruhanini dilləndirdikcə tamaşaçı bir anlığa müharibənin dəhşətlərinin içərisindən keçirir. Bu duyğuları tamaşaçıda yaşadan və bizləri həmişə düşünməyə, şərə qarşı mübarizə aparmağa səsləyən, rejissor Rasim Ocaqov sonrakı filmlərində də bu dövrümüz üçün vacib ideyaları təlqin etmişdir.
   O, müasirlərimizdən elə gözəl, elə səmimi danışır ki, adam bəzən çaşıb qalır. Və düşünürsən ki, axı bu hadisələr bizim ətrafımızda baş verir. Bəs nəyə görə biz onları görə bilmirik və yaxud hansı səbəblərdən bu hadisələrə biganə qalırıq? Belə mövzuların mahir ustası, xalq yazıçısı Rüstəm İbrahimbəyovla Rasim Ocaqovun yaradıcılıq əməkdaşlığını xüsusi olaraq qeyd etmək lazımdır. Ad günü, Bağlı qapı, Özgə ömür, Park, Ölsəm bağışla, Həm ziyarət, həm ticarət və bir də İstintaq filmləri müasirlərimizin əsl obrazını yaratmaqla bizi ətrafımıza diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. Təhminə, Otel otağı kimi son filmlərində də Rasim müəllim ciddi mövzulara toxunur, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açır. Ancaq Rasim Ocaqov hansı mövzuda film çəkir-çəksin, heç şübhəsiz ki, o aktualdır, bizi düşündürən, xalqımızı narahat edən məsələlərdən danışır.

Əsas filmləri:
1. Qatır Məmməd (1974)
2. Tütək səsi (1975)
3. Ad günü (1977)
4. İstintaq (1979)
5. Bağlı qapı (1974)






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

AzeriArt.Net Team

Copyright 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net