Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

AKTYORLAR

   Nodar Şaşıqoğlu
 

   O, təkcə bir filmin uğuru ilə Bakıya həmişəlik bağlandı. Saytla bağlı onula söhbətdən:
 1927-ci ilin bu günü Tbilisidə dünyaya gəlib. Babası Acarıstanda tanınmış zadəganlardan olub. Atası isə çar zabiti.
Əmisi, böyük aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qaldı. Onun həyat yoldaşı Mərziyə Davudova da Azərbaycan teatr tarixində özünəməxsus iz qoyub. Yəni aktyorluq bizim ailəyə xas bir sənətdir. Əslimiz acarıstanlı olsa da, Tiflisdə yaşamışıq. Mən orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirmişəm. Oranı bitirdikdən sonra cəmi bir il Vaxtanqov adına teatrda işlədim. Moskva qısa zaman kəsiyində məni özünə cəlb etdi. 5-6 il Taqanka Teatrında çalışdım.
   İlk rolum "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İskəndərbəyov haqqında çəkilən filmdə oldu. Orada mən türk imperiyasının əsasını qoyan Mehmet bəy Fatehi yaratdım. Sonra Sergey Paracanovun ilk rejissor işi olan "Andrieş" filmində baş rolu oynadım. Bu filmdən sonra "Odessa" kinostudiyasında çalışdım.
Yenidən teatra qayıtmağım məni kinoya daha sıx bağladı. Bir gün bizim məşqlərə rejissor Atamalıbəyov (O, "Uzaq sahillərdə" filminin ikinci rejissoru olub) gəldi. Mehdi Hüseynzadə roluna aktyor axtarırdılar. Təsadüfən oynadığım tamaşaya baxdı. O vaxt adım afişalarda Nodar Şaşıq kimi yazılırdı. Atamalıbəyovla tanış olanda təsadüfən özümü belə təqdim etdim: Nodar Şaşıqoğlu. Elə o vaxtdan da bu soyad rəsmiləşdi. Atamalıbəyov dedi ki, elə bizə sən lazımsan. "Sınaq çəkilişinə gəl, Tofiq Tağızadə sizinlə söhbət edər." "Uzaq sahillərdə" filmindən sonra dalbadal "Əsl dost", "Mateo Falkone", "Onun böyük ürəyi", "Bizim küçə", "Leyli və Məcnun" filmlərinə çəkildim. Yeri gəlmişkən, Məcnun mənim ən sevimli rolumdur. Bu obrazı bir də ona görə sevirdim ki, film rus dilində də səsləndirildi və mən səsləndirmədə öz səsimlə danışdım. Təbii ki, aktyor özü ifa etdiyi rolu səsləndirəndə effekt daha yaxşı alınır. Yeri gəlmişkən deyim ki, məni bütün digər filmlərdə səsləndirən gözəl aktyor Əli Zeynalovun işindən razı qalmışam.
   Tələbəlikdən ürəyimdə gəzdirdiyim arzumu həyata keçirmək üçün Aleksandrisk Teatrına üz tutdum. Sənətə bu teatrın Çerkasov, Simonov kimi aktyorlarının ifasında "İvan Qroznı", "Birinci Pyotr" kimi möhtəşəm filmlərini görüb gəlmişdim. Teatra gəlib bildirdim ki, burada işləmək mənim çoxdankı arzumdur. Məşq zalında soruşdular ki, nə ifa edə bilərəm. Qiraət mənim ikinci peşəm olduğu üçün bu, çətin olmadı. Onu da deyim ki, mən Mayakovski, Lermontov, Yesenin, Qarsiya Lorka adına müsabiqələrin qalibi olmuşam. Aleksandrisk Teatrında ilk rolum Puşkinin "Kiçik faciələr" əsərində Don Juan obrazı oldu. Çoxlu əsas rollar oynadım. Amma ordakı məşqlərimə tez-tez Bakıya gəlişim mane olurdu. Dövlət tədbirləri keçirilərkən Heydər Əliyev məni Bakıya iştirak etmək üçün dəvət edirdi. Təsəvvür edin ki, Moskvada "Sirano De Berjerak" əsərində baş rolun məşqlərini yarımçıq qoyub Bakıya konsertə - şer oxumağa gəlirdim.
   -"Uzaq sahillərdə"dən sonra bir andaca məşhurlaşdınız. Bu məşhurluq sizin rahat həyatınıza mane oldumu?
- Mehdinin obrazı mənimlə eyniləşmişdi. Hamı əmin idi ki, biz eyni xüsusiyyətli insanlarıq. Amma mən Mehdi ola bilməzdim. Düzdür, mən hardasa mövcud şəraitdə özümü oynayırdım. Reyissorla Mehdinin obrazını üç hissəyə bölmüşdük: Mixaylo kişfiyyatçı-partizan, faşist və rəssam. Filmin premyerası "Nizami" kinoteatrında keçirildi. "Vətən"də göstəriləndə bilet almaq istəyənlərin növbəsi "Azneft"dən başlayırdı. Kinotetra yaxın durmaq mümkün deyildi. Biz o filmlə Daşkəndə festivala getdik. Film göstəriləndən sonra insanlar üstümə tökülüşdü. Tez məni maşında gizlətdilər. Kütlə sakitləşmədi, maşını qaldırıb apardı. İnanırsınız? Sonralar da Daşkəndə nə vaxt gedirdimsə, tamaşlarda adam əlindən yer olmurdu. Çox çətin idi. Azərbaycan.SSR xalq artisti (1983).

Kino sahəsində rolları:
Uzaq Sahillərdə
Həqiqi dost
Onun böyük ürəyi
Məhəbbət dastanı
Telefonçu gız

 

 

 

 

 

 

 

 






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

© AzeriArt.Net Team

Copyright © 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net