Azərbaycan
kino rejissoru. Azərb.SSR əməkdar incəsənət xadimi (1976) Azərb.SSR
Dövlət Mükafatı laureatı (1969). İtkilərimizin
çoxluğundanmı, nədəndi, ölümlə tez isinişir, içimizdə onun apardığı
Adamın boş yeri uzun müddət sönmüş ocaq yeri kimi qaralır. Yeri
gələndə işıqlı-qüssəli xatirələr danışırıq, haqqında sağ vaxtı tamarzı
olduğu xoş sözlər deyirik, qədrini bilmədiyimizi dilimizə gətiririk və...sonra
da onu hansı zamanacansa unuduruq. Görünür, Ölümə öyrəncəli olması
insanı həyatla barışmağa vadar eləyir...
Şamil Mahmudbəyov həyatla barışmış adamıydı, ömrünün ən yaxşı
çağlarında, istedadı, imkanı müqabilində arzuladıqlarını gerçəkləşdirə
bilməyən sənətçi, sağlığında az qala hamı tərəfindən unudulan
insanıydı. Özünü gözə soxmağı sevməzdi, yüksək kürsüləri, televiziya
ekranlarını sevməzdi, gördüyü işləri dilinə gətirməyi belə özünə ar
bilərdi; hətta o qədər təmənnasızıydı ki, 73 yaşın içində dünyadan
dördəlli yapışıb durmağı ayıb sayırdı. Bəlkə elə bu səbəbdən də,
haqqın ilk əmrinəcə sakitcə boyun əydi...
Şamil Fərəməzoğlu Mahmudbəyov 1924-cü il dekadrın 5-də doğulmuşdu.
Şamil məktəbi bitirən il müharibə qapını döydü. Hələ yaşı
çatmadığından 16 yaşlı oğlan dəmir yol texnikumuna gedəsi, arxa
cəbhənin sayagəlməz mərhumiyyətləriylə üzləşəli oldu, üstəlik,
təhsilini tamamlamaq fikrindən də əl çəkmədi. Məktəbi bitirən il
zor-güc könüllülər sırasına yazılan Şamil Mahmudbəyov Qroznıda hərbi-texniki
məktəbi qurtardı. Birinci Ukrayna Cəbhəsində döyüşən hissənin
tərkibində vuruşdu.
Haralardan keçmişdi onun döyüş yolu, ölümün gözünün içinə neçə dəfə
baxmışdı, bu haqda danışmağı xoşlamazdı:
Vuruşmuşuq da, - deyirdi, - hamı necə, mən də elə. Amma bu deyimin
özündən, üz-gözünün ifadəsindən dalda-bucaqda gizlənmədiyi aşkar
olardı. 1945-ci ildə yaralanan, sağalıb yenə hissəyə qayıdan Şamil
Mahmudbəyov dinc həyata üç il sonra - 1948-ci ildə döndü...
...Və iş yeri kimi qapısını açdığı ilk və son idarə - Bakı
kinostudiyası (sonralar C.Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyası) oldu. Ona kinematoqrafı anladan Adamın arzusunu, özünün
ekrana sevgisini müharibənin od-alovu içindən keçirib gətirmiş, cavan
yaşında həyatın hər üzünü görmüş oğlan onda hələ uzun. Əzablı
yaradıcılıq yolunun başlanğıcında olduğunu bilmirdi. Studiyada
işlədiyi bir il ərzində rejissor assistenti ekran adlı sirli aləmin
gizlinlərinə yetməyə can atdı; həyata, çətinliklərə bələdliyi, dözümü
qolundan tuturdu, dadına çatırdı. Elə bunun sonucuydu ki, sonrakı il
onu Moskvaya - Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq
fakultəsində oxumağa göndərdilər. Sovet kinosunun Sergey Kerasimov,
Lev Kuleşov kimi korifeylərindən sənət dərsi alan Şamil Mahmudbəyov
ilk kursdaca kinoda təsadüfi adam olmadığını isbata yetirmişdi, ekrana
ciddi münasibəti, özümlü düşüncə tərziylə diqqəti çəkmişdi.
O, Bakı kinostudiyasına qayıdanda artıq "beskartinye" adlandırılan
Zaman kəsiyi arxada qalmışdı, bir-birinin ardınca bədii və sənədli
filmlər istehsalata buraxılırdı; Moskvada peşəkar təhsil almış Şamil
Mahmudbəyov özünü irəli verib çoxlarından qabağa keçə bilərdi. Amma
belə şey onun təbiətinə yadıydı. Böyük-kiçik yeri gözləməkdən özgə
ağlına bir şey gəlmirdi: hələ irəlidə yaş və təcrübə sarıdan böyüklər
- Hüseyn Seyidzadə, Əjdər İbrahimov, Tofiq Tağızadə, Lətif Səfərov
vardılar - hamısı da Moskvanı bitirmişdilər. Az qala on il arzuladığı
məqamı gözlədi: düzdü, bu illərdə boş oturmamışdı, "Görüş" (1955), "Qara
daşlar" (1956) filmlərində ikinci rejissor işləmişdi, özünü sınamaq
xətrinə poçtla kitab göndərilməsi, zavodda əməyin təhlükəsizliyi,
Azərbaycan uzunömürlüləri, Naxçıvanda sosializm quruculuğu(haqqında
sənədli lentlər çəkmişdi. Bu səpgili filmlərin çoxsunu sonralar
yaradıcılıq bioqrafiyasından silib atmışdı, heç adlarını da
xatırlamırdı. Elə quruluş verdiyi ilk bədii lenti də həmin illərə
aiddi: "Sol gediş" adlı bu qısametrajlı televiziya filmi çətin ki,
indi kiminsə yadında qalmış ola...
Əsas filmləri:
1. Romeo qonşumdur (1963)
2. Qaraca qız (1965)
3. Torpaq, Dəniz, Od, Səma (1967)
4. Şərikli Çörək (1969)
5. Həyat bizi sınayır (1971)
6. Skripkanın sərgüzəştləri (1972)
7. Dərviş Parisi partladır (1976, K.Rüstəmbeyovla)
8. Bayquş gələndə (1978)
9. Od içində (1978)
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...