Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

AKTYORLAR

   Həsən Məmmədov
 

   Sanballı adam idi, Həsən Məmmədov. Danışanda adam ona heyrətlə qulaq kəsilirdi. Həmişə də sənətdən, yaratdığı rollardan söz düşəndə söhbəti dəyişərdi. Nədənsə özü haqqında danışmağı sevməzdi. Müsahibələrində daha çox rejissorlardan, tərəf-müqabillərindən danışmağı xoşlayardı.
   Azərbaycan kino sənəti üçün çox işlər gördü. 100-ə yaxın filmdə irili-xırdalı rollar yaratdı. Sağlığında haqqında kitablar yazılıb, mətbuatda dəyərli yazılar çap edilib. Jurnalist Əlisəftər Hüseynovun Həsən Məmmədov monoqrafiyası bu böyük sənətkarın sağlığında çap olunmuşdu. Bu, istedadlı sənətkar haqqında çox qiymətli bir tədqiqat əsəri idi. Sənəti haqqında, şəxsiyyəti haqqında söhbət açılırdı, bu kitabda. Amma dəfələrlə Əlisəftər müəllimə demişdi ki, niyə böyük sənətkarlar haqqında yazmırsınız. Belə təvazökar adam idi, Həsən müəllim.
1938-ci ildə, noyabrın 22-də dünyaya göz açmışdı. Universitetə daxil olmuşdu. Fizik olmaq istəyirdi.
   Lakin tale onu kino üçün yaratmışdı və elə kinoya da gətirdi. Böyük dayaqla kinoya ayaq açdı. Qaraş onun kinoda ilk işi idi və bu filmlə o aktyorluq sənətində nəyisə demək imkanı olduğunu sübut etdi. Və sonra bir-birinin ardınca Muradı (Bir cənub şəhərində), Oqtayı (Gün keçdi), Bəxtiyarı (Yeddi oğul istərəm), Dədə Qorqudu (Dədə Qorqud), Abasqulu bəyi (Axırıncı aşırım) və s. kino tariximizə bəxş etdi.
   Həsən Məmmədovun rollarını bizə sevdirən çox əlamətdar cəhətlər var. Məsələn, bunlardan biri onun rollarının milli xarakterli olmasıdır. Onun qəhrəmanları əsil azərbaycanlılardır. Onlar bu torpağı, bu xalqı qəlbən sevən insanlardı. Digər tərəfdən, onlar sadə və səmimi insarlardır. Öz talelərini həmişə xalqın taleyi ilə bağlayıb, xalq yolunda ölümə belə getməkdən çəkinməyən obrazlar müəllifi idi, Həsən Məmmədov. Bu rolların bir xarakterik xüsusiyyəti də ondan ibarət idi ki, onlar qəhrəman insanlar idi. Ölümün gözünə dik baxmağı bacaran cəngavər obrazlar idi.
Həsən Məmmədovun xatirəsini yad edərkən çox şeyləri qələmə almaq olar. O, bütövlükdə milli kinomuzun aparıcı aktyorlarından idi. Və deyərdim ki, ilk professional kinoaktyorluq məktəbi yaratmışdı.
   Onun obrazlarında bir yaxınlıq var. Əslində hamısı müsbət xarakterlərdir. Belə demək mümkünsə, Azərbaycan kişisidirlər. Qeyrətli, namuslu insanlardır. Bağ mövsümü filmindəki qəhrəmanı adi avtobus sürücüsüdür. Amma əsil azərbaycanlı kişisidir. O, ətrafında baş verənlərə biganə deyil. Daxili qüruru var. Həsən Məmmədovun qəhrəmanları daxilən azad insanlardır. Bu insanların taleyi müxtəlif kataklizmlərlə müşayiət olunsa da, onlar mübarizədən çəkinmirlər. Bəxtiyar da, Şadlinski də belə obrazlardandır. Həsən Məmmədovun kino aktyorluğu məktəbində öyrəniləsi çox şeylər var. Güman edirik ki, Azərbaycanımızın kino tarixini tədqiq edənlər bu barədə geniş araşdırmalar aparacaq, onun sənətinin bütün tərəflərini açıb oxuculara çatdıracaqlar.
   Son vaxtlar az işləyirdi. Kinomuzun düşdüyü vəziyyətdən çox narahatçılıq keçirirdi. Bütün müsahibələrində gileyli danışırdı. Bəlkə də onun aramızdan belə tez köçməsinə səbəb də elə daxili sarsıntıları idi. Sənətinə olan biganəliyi qəbul edə bilmirdi. İstəyirdi ki, Azərbaycan kinosu dünyada tanınsın. Xüsusilə müstəqillik qazandıqdan sonra bu istəyi daha da artmışdı. Bu böyük sənətkarın xatirəsi bizim üçün, kino sənətini sevənlər üçün həmişə əziz və doğmadır. Onun xatirəsi əbədi olaraq Azərbaycan xalqının yaddaşında yaşayacaqdır.
 


Kino sahəsində rolları:
1. "Böyük dayaq" - Qaraş (1962)
2. "Belə bir ada var" - Nazim (1963)
3. "Verşina"-Kamil (1964)
4. "Arşın mal alan" - Əsgər (1965)
5. "Yaşamaq gözəldir, gardaşım" - Ziya (1966)
6. "İstintaq davam edir" - Əzimov (1966)
7. "Bir cənub şəhərində" - Murad (1969)
8. "Yeddi oğul istərəm" - Bəxtiyar (1970)
9. "Sevil"-Balaş (1970)
10. "Axırıncı aşırım" - Abbasqulubəy (1971)
11. "Gün keçdi"-Oqtay (1971)
12. "Flaminqo - qızıl qazdır" - Fərman (1973)
13 "Səmt küləyi" - Əlibala (1973)
14. "Xaos" - Kazım bəy (1973)
15. "Qatır Məmməd" - Səməd (1974)
16. "Bakıda küləklər əsir" (1974)
17. "Bakıda küləklər əsir" - Tahir Clilovıç (1974)
18. "Dədə Qorqud" - Dədə Qorqud (1975)
19. "Alma almaya bənzər" - Qurban (1976)
20. "Sevinc buxtası" - Rüstəmov (1977)
21. "Arxadan vurulan zərbə" (1977)
22. "İstintaq" - Murad (1979)
23. "Bizi bağışlayın" - Nəriman (1979)
24. "Birisigün gecəyarısı" - Əliyev (1981)
25. "Məlikməmməd" - Şah (1982)
26. "Papaq" - Mirzə (1983)
27. "Qoca palıdın nağılı" (1984)
28. "Bağ mövsümü" - Sürücü (1985)
29. "Şahid qız" - Müstəntiq (1990)
30. "Həm ziyarət.həm ticarət" (1994)






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

AzeriArt.Net Team

Copyright 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net