Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

AKTYORLAR

   Fazil Salayev
 

   Kiçik rolların böyük ifaçısı. Əslində Fazilin arzuları böyük idi, o, səhnədə də, ekranda da oynamadığı, arzusunda olduğu çox rollar qoyub getdi. Fazili görənlər, onunla yaxınlıq edənlər yaxşı bilirlər ki, o, həqiqətən, çox istedadlı, sənətə ürəkdən bağlı bir aktyor idi. Deyillər ki, Fazil Salayev heç özü də baş rollar istəmirdi. Deyirdi ki, mənə kiçik rollar verin, mən onları böyük rollar səviyyəsinə qaldıra bilərəm. Doğrudan da, elə filmlər var ki, Fazillə yadda qalır, onun rolları tamaşaçıda əsl mənada filmə maraq oyadır.
   Fazil Salayevin rolları kiçik olsa da, bütövdür. Onun kiçik qəhrəmanlarında bir böyüklük duyulur. Çox vaxt rejissorlar bunu qiymətləndirə bilmirdilər. Yoxsa, bu illər ərzində onu bu qədər az filmə çəkməzdilər. Rejissorlar həqiqətən xəsislik göstərirdilər. O, hər gün kinostudiyada idi. Hətta işi olmayanda belə studiyanı gəzib dolaşır, sənət dostları ilə söhbətləşərdi.
   Fazil studiyanın həyətinə ayaq basanda burada əsl mənada bayram olardı. Nədənsə, ona elə rollar həvalə edilirdi ki, hamısı onun öz taleyinə bənzəyirdi. Şərikli çörək filmində qırçı Məhəmmədin rolunu rejissor Şamil Mahmudbəyov ona həvalə edəndə bir az sevinc, bir az da tərəddüd keçirmişdi. Qırçı Məhəmmədlə bağlı bu filmin səhnələri əslində ayrıca bir kino mövzusudur. Mən həmişə bu fikirdəyəm ki, Şamil müəllim kino içərisində kino yarada bilirdi. Fazil bu rolu o qədər səmimi, o qədər istedadla yarada bilmişdi ki, onu filmin baş qəhrəmanlarından biri kimi də xarakterizə etmək olar.
   Fazil Salayevin Məhəmmədi bizim hər gün Bakı küçələrində qarşılaşdığımız qırçılardan biridir. Amma aktyor onu o qədər səmimi yaradıb ki, biz onu təkcə qırçı kimi təsəvvür etmirik. O, həm də vətənpərvər bir insandır.
Heç onun gözlərinə fikir vermisinizmi? Cəbhədə kontuziya alıb, sonra bacardığı bir işin qulpundan yapışmaqla öz vətəndaşlıq borcunu yerinə yetirir. Onun gözlərində həmişə çox kədərli bir düşüncə duyursan. Tamaşaçı onun qəhrəmanını sevir, hətta onun sözlərini uzun müddət yaddaşında saxlayır.
Həyatda da onun gözlərində çox qəribə bir kədər olardı. danışanda da, güləndə də heç vaxt gözlərində sevinc hiss olunmazdı.
   Ömrün səhifələri kinoalmanaxındakı Rəqiblər novellasında elə Fazili oynayır. Fazil də özüdür ki, durub. Yenə öz zarafatlarından qalmır, ətrafındakılar Fazili sevdiyi kimi tamaşaçı da onu sevir. Fazil Salayev Azərbaycan kinosunun unikal istedada malik aktyorlarından idi. O, kiçik bir süjetdə o qədər güclü mətləbləri aça bilirdi ki, tamaşaçı həqiqətən onun istedadına heyran olurdu. Mozalanın süjetlərini xatırlayın. Bu satirik kinojurnalın bədii süjetlərində onun 5-6 dəqiqəlik epizodları bəzən bir filmdən belə güclü təsir bağışlayırdı. Yəqin ki, metro səhnəsini xatırlayırsınız. Necə ustalıqla qurulmuş və ifa olunmuş səhnədir. Bu filmdə o, mərhum aktyor Bahadur Əliyevlə tərəf müqabildir. Onun içki düşgünü olan qəhrəmanı metroya hələ də düşməyib. Polis ona deyəndə ki, heç metroya minməmisən? Cavabı çox konkret olur: Qoyursunuz ki... Belə süjetlər çoxdur. Məhlədəki səs-küydən cana doymuş Fazil Salayevin qəhrəmanı axırda dəli olur, dəlixanaya düşür.
   Elə Axırıncı aşırım filmində də Fazilə kiçik bir rol tapşırılıb. Ancaq burada da o dilini dinc qoymur. Kərbəlayı İsmayıl dilini boğazından çıxardaram deyəndə onun sifətinə diqqətlə baxsanız hansı hala düşdüyünün və bu anları aktyorun necə məharətlə ifa etdiyinin şahidi olarsınız. Bizim klassik aktyor məktəbi ənənələrindən çox məharətlə bəhrələnən aktyor, öz ifa tərzində bunu çox aydın büruzə verirdi. Onun obrazın daxili dünyasına çox asanlıqla sirayət etmək bacarığı bir daha təsdiq edirdi ki, Fazil professional sənətkardır.
   Fazili tamaşaçıya sevdirən bir cəhət də onun özünəməxsus komizmi idi. O, tamaşaçını güldürmək üçün dəridən-qabıqdan çıxmazdı. Üzünün mimikası və yaxud ifşaedici nəzərləri ilə həmişə tamaşaçıya şən əhval-ruhiyyə bağışlayardı. Bir vaxtlar televiziya ekranlarında gedən Komediyalar aləminə səyahət verilişində tez-tez səhnəciklərdə oynayardı. Burada da əsasən komik rolları məharətlə yaradardı.
   Fazil Salayev Ürək...Ürək..., Alma almaya bənzər, Var olun, qızlar, Ulduz və s. filmlərdə də epizodik rollar oynayıb. Ulduzda fotoqraf onun kinoda ilk rolu idi. Çox kiçik bir epizodda oynayır. Ancaq tamaşaçı onu unutmur.
O, ömrünü çox vaxtsız başa vurdu. Həmişə sağlamlığından şikayət edərdi. Doğrudan da xəstə idi. Amansız ölüm onu aramızdan çox tez apardı. Deyirdi: O qədər oynamalı rollarım qaldı ki...
   Fazil Salayevin sənəti bizim kinoda əvəzi olmayan ifaçılıq nümunəsidir. O, öz qəhrəmanlarını sevirdi. Xalq da onun qəhrəmanlarını. Əslində elə bu xalq Fazilin özünü, sənətini sevirdi. Və bu gün də onu böyük məmnunluqla xatırlayır və ruhuna dualar oxuyur.
 


Kino sahəsində rolları:
Şərikli çörək
Ulduz
Bizim Cəbiş müəllim
Alma almaya bənzər
Dərvış Parisi partladır
Ürək...ürək

 






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

AzeriArt.Net Team

Copyright 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net