Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

AKTYORLAR

   Ələsgər Ələkbərov
 

   Xalq onu sevirdi və yaratdığı yüzlərlə teatr və kino qəhrəmanları bu gün də xatirələrdən silinməyib.
Bu günlər böyük sənətkarın anadan olmasının 107-ci ildönümü qeyd edildi. Ələsgər Ələkbərov o sənətkarlarımızdandır ki, adı sənət tariximizin ən layiqli səhifələrinə əbədi düşüb. Aktyor 1927-30-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil almışdı. Sonra türk işçi teatrında çalışmış, burada Hacı Baxşəli (Ölülər), ikinci bələdiyyə (Hücum) kimi yaddaqalan obrazlar yaratmışdı. Ə.Ələkbərov bir neçə il Tiflis Azərbaycan Teatrında, Kirovabad teatrlarında çalışmış, 1933-cü ildən öz yaradıcı taleyini indiki Akademik Milli Dram Teatrına bağlamışdı. Onun tamaşalarına baxanlar uzun müddət yaratdığı obrazın təsirindən çıxa bilməzdilər. Ələsgər Ələkbərov geniş ampluaya malik istedadlı sənətkar idi. Xüsusilə dramatik rolların əvəzsiz ifaçısı idi. Aktyorun səhnədə görünməsi əslində tamaşanın taleyini həll edərdi. Teatrşünaslar onun rolları haqqında həmişə müxtəlif mövqedən mülahizə bildirmişlər.
   30-cu illərdə aktyorun ünvanına bəzən yersiz tənqidlər də səslənirdi. Ancaq bunlar onu sənətdən soyutmur, əksinə daha məsuliyyətlə işləməyə sövq edirdi. Maktuf (Maqbet), şah Zeyir (Şahnamə), Aydın (Aydın), Heydərbəy (1905-ci ildə), Fərhad (Fərhad və Şirin") və onlarla rolları aktyorun güclü plastikaya, geniş diapazona malik olduğunu təsdiqləyirdi. Ancaq iki obraz Vaqif (Vaqif) və Otello (Otello) rolları onun sənət dünyasının ən layiqli nişanələridir. Bu obrazları Azərbaycan səhnəsində güclü aktyorlar ifa ediblər. Ələsgər Ələkbərovun ifasında isə onlar tamam başqa bir aləmdir. Nə yaxşı ki, dünyada Səməd Vurğun var sənədli filmində Vaqif tamaşasından bir neçə epizod əks olunur. Bu parçalarda Ələsgər Ələkbərov Vaqifi o qədər təbii, o qədər canlı formada yaradıb ki, tamaşaçı aktyorun istedadına heyran olur.
Ə.Ələkbərov səhnəmizə yeni üslub, yeni yaradıcı manera gətirdi. Onun rollarında klassik aktyor sənəti məktəbinin gözəl ənənələri yaşayır. Bu ənənələr elə aktyorun ekran qəhrəmanlarında da özünü büruzə verir.
Rüstəm kişi (Böyük dayaq) kinomuzun əvəzsiz obrazlarındandır. Elə Fətəli xanın (Fətəli xan) tarixi obrazı da Ələsgər Ələkbərovun yüksək istedad sahibi olduğuna bariz nümunədir. Lətif, Almaz, Kəndlilər, Leyli və Məcnun, Uzaq sahillərdə filmlərində də aktyor gözəl ekran qəhrəmanları yaratmışdır.
Ələsgər Ələkbərov milli aktyorluq sənətimizin korifeylərindəndir. Onun sənəti əsl mənada məktəbdir. Böyük sənətkarın xatirəsi xalqın hafizəsində əbədi yaşayacaqdır.

Teatr sahəsində rolları:
Makduf (Makbet ,V.Şekspir)
Vaqif (Vaqif, S.Vurğun)
Fərhad (Fərhad və Şirin, S.Vurğun)
Otello (Otello, V.Şekspir)
Xanlar (Xanlar, S.Vurğun)
Minnətov (Vəfa, R.Rza)
Alxan (Bahar suları, İ.Əfəndiyev)
Yusif (Mehebbet, M.Ibrahimov)

Kino sahəsində rolları:
Vulkan üzərində ev
Kəndlilər
Böyük dayaq
Fətəli Xan
Qara daşlar
Uzaq sahillərdə
Məhəbbət dastanı
Yeni horizont

 

 

 

 

 

 

 

 

 






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

AzeriArt.Net Team

Copyright 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net