Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

AKTYORLAR

   

 Eldəniz Zeynalov

  O, 1937-ci ildə Bakıda dünyaya gəlib. Ailədə üç oğul idilər. "Anası danışırdı ki, Eldəniz hamısından kaprizli, az yeyən və dəcəl olub. Yeməyin dərdindən qabındakı küftələri qardaşlarına pulla satarmış. Böyüyəndən sonra, 60 yaşında da elə idi. Kiçik oğlumuz ona oxşayıb. Bir dəfə dedim ki, ay oğul, sən nə vaxt ağıllanacaqsan. Eldəniz qayıtdı ki, atası ağıllananda". Uşaqlıqda çox dəcəl olub Eldəniz. Yuxarı dağlı küçəsində yaşayıb. Küçədə, qonşuda o qız qalmırdı ki, ona sataşmasın. Hamının saçını dartırdı. Anası ömür boyu ondan şikayət edirdi. Məktəbdə də bundan betər dəcəlliklər edirdi. Çox yaxşı oxuyan şagird deyildi, tənbəl idi. Ancaq zirək, qoçaq olub. Elə belə də məktəbi qurtarıb. Eldəniz sözü üzə deyən adam idi. Fikrinə nə gəlirdisə, onu da üzə deyirdi. Amma ürəyində kin saxlamırdı.
Ziyalı ata-ananın bu üç övladından ikisinin hərəsinin öz yolu, seçimi oldu, amma ailənin böyük oğlu Eldənizin alnına dayısı Həsənağa Salayevin yolu ilə getmək yazılmışdı. Hələ uşaqkən dayısı ilə teatrlara ayaq açan balaca Eldəniz özü də bilmədən səhnənin sehrinə düşdü. İllər keçdi, H.Salayev dünyasını dəyişəndə E.Zeynalov artıq İncəsənət İnstitutunun tələbəsi idi. Dövrünün ən məşhur pedaqoqu, sənətkarı Adil İsgəndərovdan dərs alırdı. Tələbə ikən Eldar Quliyev onu özünün çəkdiyi "Bir cənub şəhərin"də filminə baş rola dəvət edir. Bu filmlə də bir aktyorun sənət yolu başlanır. İnstitutu bitirib Akademik Dram Teatrına təyinat alan aktyor həm teatrda, həm də "Azərbaycanfilm" kinostudiyasında paralel çalışırdı.
   Əslində Eldənizin sənətə gəlişi təsadüfi olmayıb. Çünki həyata göz açandan, dünyanı dərk etməyə başlayandan ailədə teatr, sənət barədə söhbətləri eşidib. Özü də dayısı Həsənağa Salayevdən. Eldəniz elə uşaqlıqdan dayısı ilə birgə teatra gedib-gəlirdi. Beləcə, uşaq yaşlarından səhnəni sevməyə başladı və bu sənətə ürəkdən bağlandı. İncəsənət İnstitutunu bitirəndən sonra Akademik Dram Teatrında işə başlayıb. İlk dəfə Sevil tamaşasında Gündüz rolunu oynayıb. Ancaq bir ara Azdramadan çıxdı və kinostudiyaya keçdi. Orada 2-3 il işlədikdən sonra isə yenə teatra qayıtdı. Və elə ömrünün sonunadək teatrda çalışdı.
 Eldəniz Zeynalovun başına gələn gülməli əhvalat:
   Eldəniz Yaponiyadan gətirilən xeyli işlənmiş maşın almışdı. Maşının da rulu sağdaydı. O vaxtlar belə maşınlar hələ təzə çıxırdı. Eldəniz maşını alan kimi gəlir Mikayıl Mirzənin yanına. Onu da götürüb gedirlər maşını yumağa. Şıx çimərliyindəki kababxanada yaxşıca yeyib-içirlər. Axşam da şəhərə qayıdırlar. Aznefti keçəndə yol polisi görür ki, maşın ləngər vura-vura gəlir. Əl eləyib maşını saxlatdırır. Eldəniz maşından düşən kimi, şığıyır polisin üstünə və özünəməxsus tərzdə deyir: Alə, yekə kişisiz, nə istəyirsiz, bu camaatdan? Niyə adamları incidirsiz? Ölürsüz rüşvət almaq üçün. Görmürsüz, maşında iki böyük sənətkar gedir? Mən cəhənnəm, Mikayıl müəllimi tanımırsız bəyəm? Evdə televizorunuz yoxdu? Bu zaman Mikayıl tez maşından düşüb girir Eldənizin qoluna. Yol polisindən üzr istəyib Eldənizi maşına tərəf çəkir. Özündən asılı olmayaraq, sol qapını açıb Eldənizi içəri salır. Özü də qayıdır polisin yanına ki, bir az dil-ağız etsin. Maşına vərdiş eləməyən Eldəniz də deyinə-deyinə əlini rula atır, görür rul yoxdu. Tez qapını açıb düşür və yüyrək gələrək polisin yaxasından tutur ki: Bura bax, alə, Eldəniz səninçün hərif-zad deyil. Tez ol rulu bəri ver.

 

 

 

 

 

 

 

 

 

 






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

AzeriArt.Net Team

Copyright 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net