Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

AKTYORLAR

   Əlağa Ağayev
 

   Azərbaycan.SSR xalq artisti (1954).Əlağa Ağayev ilk növbədə teatr aktyoru idi. Ömrünün ən məhsuldar dövrünü Milli Teatrımıza həsr etmişdi. Klassik aktyor ənənələrindən bəhrələnərək orijinal üslub yaradan aktyor hansı rolda çıxış etməsindən asılı olmayaraq, ona özünəməxsus şirinlik gətirərdi.
   Teatra 30-cu illərdə gəlmişdi. 25 il Gənc Tamaşaçılar Teatrında işləmişdi. Gənclik enerjisi ilə teatrın əksər tamaşalarında oynayırdı. Onlarca tamaşada öz bənzərsiz rolları ilə yaddaşlara hakim olmuşdu. Əlağa Ağayev hansı rolda oynayırdısa, orada gülüş var idi. Komediya aktyorluğunun yeni nümunəsini gətirmişdi teatrımıza. İşləməyi çox sevirdi. Onunla tərəf-müqabil olanlar söyləyirdilər ki, heç vaxt məşqlərdən yorulmazdı. 1961-ci ildə Əlağa müəllim öz yaradıcı taleyini Akademik Milli Teatra bağladı.
   Kinematoqrafçılarımız da bu möhtəşəm sənətkarı unutmadılar. İlk dəfə T.Tağızadə 1955-ci ildə Əlağa Ağayevi Görüş filminə dəvət etdi. İlk rolu olsa da, aktyor ekranda o qədər sərbəst hərəkət edib ki, heç tamaşaçı bu rolun debüt olduğunu hiss etmir. Əlağa Ağayev bu obrazı çox məharətlə yaradıb. Komediya janrının zəngin ənənələrindən məharətlə bəhrələnən aktyor obrazı özününküləşdirə bilib.
   Sonra isə məşhur O olmasın, bu olsun filmi gəlir. Buradakı rolu ilə Əlağa müəllim Azərbaycan kinoaktyorluğu aləmində özünə əbədi bir heykəl ucaldıb. Günlərin birində bu filmin baş operatoru Ə.Atakişiyev işlədiyim Gənc Tamaşaçılar Teatrına gəldi, deyə, Əlağa müəllim xatırlayırdı. Həmin axşam Yağışdan çıxdıq, yağmura düşdük tamaşasında Hacı Qəmbər rolunda çıxış edirdim, nökəri isə Əhməd Əhmədov oynayırdı. Elə həmin gün Əhməd Əhmədovu hambal roluna dəvət etdilər, məni isə bir neçə gün sonra studiyaya çağırdılar. Əlağa müəllim xatırlayırdı ki, bir gün rejissor mənə dedi: Əlağa, filmin taleyindən çox narahatam, ağlınca, film necə çıxacaq? Dedim ki, bu aktyorlar ki var, onlar sənin filminin müvəffəqiyyətinin 50 faizini təmin ediblər. Qaldı qalan 50 faizə, onu da zaman göstərər. Bəli, zaman göstərdi ki, film dünyanın 50-dən artıq ölkəsini gəzib, kinomuza şöhrət qazandırdı. Söz yox ki, filmin belə canlı alınmasında Məşədi İbadın əvəzsiz ifaçısı Əlağa Ağayevin xidmətləri böyük olmuşdu.
Sehirli xalat filmindəki Xan obrazı da Əlağa Ağayevin yaradıcılığında özünəməxsus yeri olan qəhrəmanlardandır. Xanın başına açılan oyunları elə gözəl yumorla tamaşaçıya çatdırır ki, onun komik rolların ən mahir ifaçısı olduğuna inanırsan.
   Əlağa müəllimin ən dəyərli kino qəhrəmanlarından biri də Bizim Cəbiş müəllim filmindəki roludur. Evlənmək istəyirəm filmində polis işçisinin rolu da maraqlı və yaddaqalandır. Kinematoqrafda onun rollarının özünəməxsus xüsusiyyətləri var. Bu, hər şeydən əvvəl, aktyorun ciddi obrazlara komik əhval gətirmək bacarığı ilə xarakterizə olunur. Bəzən lap kiçik epizodları belə filmin əsas qəhrəmanları səviyyəsinə qaldıra bilir. Elə, Əhməd haradadır filmindəki kassiri xatırlayın. Ekranda görünməsi ani bir məqamı əhatə etsə də, tamaşaçının yadından çıxmır. Qanun naminə filmindəki Məmmədxan rolu isə daha çox aktyor oyunundakı cizgilərlə yadda qalır.
   Əlağa Ağayevin televiziya tamaşalarındakı rolları da öz komik cizgiləri ilə tamaşaçıların yaddaşına əbədi həkk olunmuşdur. Hansı tamaşada oynamasından asılı olmayaraq, tamaşaçı bilirdi ki, aktyor ona bir xoş ovqat bəxş edəcək. Onunla çəkilişlərdə iştirak edənlər o qədər gözəl xatirələr danışırlar, hiss edirsən ki, Əlağa müəllim elə həyatda da insanlara sevinc bəxş etməkdən həzz alırmış.
   Əlağa Ağayevin milli aktyor sənətimizin inkişafında çox layiqli yeri vardır. Hər dəfə bu filmlər, tamaşalar ekranda görünəndə tamaşaçı çöhrəsinə xəfif bir təbəssüm qonacaq və istər-istəməz onların yaradıcısı, böyük sənət fədaisi Əlağa Ağayevi bir anlıq da olsa yad edəcəyik.

Teatr sahəsində rolları:
Kərəmov (Toy, S.Rəhman)
Xəlil (Əliqulu evlənir, S.Rəhman)
Abış (Əcəb işə düşdük, Ş.Qurbanov)
Martin (Dəlilər, Lope de Veqa)
Nağı (Yaxşı adam, M.İbrahimov)
Dadaş (Qəribə oğlan, İ.Əfəndiyev)


Kino sahəsində rolları:
Bir məhəlləli iki oğlan
O olmasın bu olsun
Əhməd Hardadır
Sehirli xalat
Görüş
Yeni Horizont

 

 

 






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

AzeriArt.Net Team

Copyright 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net