Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

AKTYORLAR

   

 Ceyhun Mirzəyev

  Onu hamı tanıyırdı. Çoxları İsmayıl deyə çağırırdılar. İlk böyük işi də, son işi də İsmayıl oldu. Biri Ögey anada, o biri isə Fəryadda. Fəryadı tamamlamışdı. Çox az iş qalmışdı. Bir az montajdan, bir az da səsləndirmədən. Günlərin birində eşitdik ki, Ceyhun ürək tutmasından keçinib.
   Bu elə vaxt idi ki, müharibə davam edirdi. Cəbhədən hər gün onlarla igid oğlanlarımızın tabutu gətirilirdi. Ceyhun isə Fəryadla vuruşurdu. Ürəyi dözmədi. O da şəhid oldu. Sözün əsil mənasında Şəhid. Amma sağ olsun filmin ssenari müəllifi Vaqif Mustafayevi. Fəryadı tamamladı, heç özünü rejissorluğa şərik də etmədi.
   İnanmaq olmaz ki, Azərbaycanda Ögey ana filminə baxmayan olsun. 9 yaşlı İsmayılın şıltaq obrazını oynayan Ceyhun Mirzəyev Azərbaycan kinosunda şedevr yaratdı. Kim deyərdi ki, Ceyhun aktyor kimi İsmayılı ifa edir. O özünü oynayırdı, çevikliyi də var idi, küsməkliyi də, dəcəlliyi də. Ceyhunun bu filmə düşməsi bəlkə də təsadüf deyildi. Çünki üç il əvvəl Tofiq Tağızadənin Görüş filmində balaca bir epizodda çəkilmişdi. Amma bu İsmayıl özgə bir aləm idi. Kinoçular da, tamaşaçılar da bu balaca aktyorun istedadına məəttəl qalmışdılar. İllərlə aktyor təhsili alıb, adi cizgiləri verməyi bacarmayan aktyorlar ibrət götürə bilərdilər İsmayılın yaradıcılığından. Doğrusu, rejissor Həbib İsmayılovun onunla necə işlədiyi barədə məlumatım yoxdur. Amma elə bilirəm ki, o həmişə Ceyhunu sərbəst buraxıb, necə istəyirsən, oyna, deyib. Çünki bu balaca dəcəl ekran qanunlarından bəzən kənara çıxır, hətta ssenaridə olmayan elementlərlə filmə xüsusi görüntülər gətirir. Ağlayanda da özüdür, güləndə də. Heç onun kədərli olduğu anlardakı sifət cizgilərinə fikir vermisinizmi? Bu doğrudan da ilahi bir istedaddır. Bəlkə də Ögey ananın Ceyhunu Azərbaycan kinosunda ən uğurlu aktyor seçimi idi.
   Sonra illər ötüşdü. Mateo Falkonedə göründü, Yenilməz batalyonda arabanı mənzilə çatdırmağa can atdı. Və 1970-ci ildə Hüseyn Seyidzadə onu Dəli Kürdə Osman rolunda çəkdi. Püxtələşmişdi, böyümüşdü. Arzusu rejissor olmaq idi Ceyhunun. İncəsənət İnstitutunda rejissorluq təhsili də aldı.
   Amma o filmlərini hələ bir az sonra çəkəcək. Ekranlarımıza mərhum rejissor Teymur Bəkirzadənin İşgüzar səfər filmi çıxarılanda Ceyhun artıq studiyada işləyirdi. Mozalan satirik kinojurnalının bədii rəhbəri idi. Yüzlərlə Mozalan süjetlərinə quruluş vermişdi. Bir-birindən maraqlı və kəsərli süjetlər idi. Ceyhunun rejissorluğunda bir yumşaq komizm var. Onun süjetlərinə tamaşa edənlər uzun müddət filmin təsirində olurlar. Burada hər şey bütöv olardı. Ümumiyyətlə, yarımçıq işi xoşlamazdı. Bircə, Fəryadı yarımçıq qaldı. Ceyhun Mirzəyev zamanın, dövrün nəbzini tutmağı bacaran rejissor idi. Aktyor kimi oynadığı rolların hər birində onun öz şəxsi keyfiyyətləri var. Məsələn, xeyirxahlıq, çılğınlıq, sözünə bütövlük və s. Onun rolları tamaşaçını həmişə düşündürüb, təsirləndirib. Kinorejissor Vaqif Mustafayev Ceyhunu Yaramazda çəkmişdi. Burada isə aktyor kimi o tamam yeni bir ampluadadır. Onun qəhrəmanı tədbirli, sakit və mülayim insandır.
   Bu gün müharibə mövzusunda çəkilən ən dəyərli ekran əsərlərimizdəndir Fəryad. Görünür, o bu ağrılara tab gətirə bilmədi. Çünki çəkiliş vaxtı yaratdığı situasiyalar o qədər təbii alınırdı ki, istər-istəməz həm rejissor, həm də aktyor kimi o ağrıları çəkməli olurdu. Bəli, Fəryad Ceyhunun son yaradıcılıq işi oldu. Ceyhun haqqında o qədər xoş xatirələr var ki, onlar qalaq-qalaq kitablara sığmaz.

 

 

 

 

 

 

 

 

 

 

 

 






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

AzeriArt.Net Team

Copyright 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net